Təzə xəyanətlər
Dünən səhərdən evdən çıxıb gecə saat birdə evə qayıtmışdım. İclas yerlərinin uzaqda olması bəzən iclasdan sonra evə qayıtmağıma da imkan vermirdi. Buna görə də Nina və Məşədi Kazım ağa mənim haqqımda şübhələnir və vaxtımı ziyafətlərdə keçirdiyimi düşünür, hətta xasiyyətimin dəyişdiyi barəsində də dalda danışırdılar.
Bəzən mən səhərlər Nina ilə danışmadan və onun ehtiyaclarını soruşmazdan əvvəl çıxıb gedirdim. Nəhayət, bu gün onlar mənim dalımca danışdıqları sözləri özümə deməyə qərar vermişlərdi. Onlar mənim yenə də tezdən gedəcəyimi zənn etdiklərindən hamıdan qabaq yuxudan qalxıb qarovulumu çəkirdilər. Mən tezdən yuxudan qalxmışdım, Hüseynəli əminin arvadı Səriyyə xala samovarı qaynadib gətirmişdi. Mən Ələkbər yoldaşı oyatmaq üçün dəhlizə çıxıb, onun qapısını döymək istərkən Məşədi Kazım ağanı dəhlizdə gördüm. O məni gördüyü zaman qabaqca adəti üzrə dişləri görünməyəcək halda güldü və salamını vermədən soruşdu:
– Deyəsən, dadaş yenə də bir yerə getmək istəyir, hə?1
Bu sözdən bir şey hiss etdim və burada bir kələk olduğunu anladım, çünki çox vaxt Nina utanıb deyə bilmədiyi sözləri Məşədi Kazım ağanın vasitəsilə deyərdi. Hərgah Məşədi Kazım ağanın qəlbini axtarmaq mümkün olsaydı, Ninanın şəxsi həyatımızdan olan şikayətlərinin hamısını orada tapmaq mümkün idi. Bu xasiyyət yalnız Ninaya məxsus deyildir, zatən qadınların hamısının bir nəfər sirdaşı olur. Qadınlar belə adamı qapı-qapı axtarıb tapırlar. Qadın nə qədər gözəl bir həyat içərisində yaşayırsa-yaşasın, yenə özü üçün bir şeyi dərd qərar verir, onu da öz sirr adamına söyləyir. Qadının incəlikləri, zərrəbindən bir neçə qat artıq görən qəlbi, öz həssaslığını ancaq kişiləri araşdırmaq və onlarda öz şikayətinə haqq qazandıra bilən bir cəhət tapmağa sərf edir.
Bəzən qadının sirdaşları da onların kişilər barəsindəki şübhələrinə təkan verə bilir. Bunu Məşədi Kazım ağa ilə Ninanın mənim barəmdəki dərdləşmələri zamanında da təcrübədən keçirmişdim.
Məşədi Kazım ağa əllərini bir-birinə sürtüb o tərəf, bu tərəfə əyilirdi, bununla da o, sanki mənə verdiyi sualın cavabını gözləyirdi. Bütün bu hallar bu gün onun mənim üçün bir «aş bişirdiyinib göstərirdi. Buna görə mən də öz cavablarımı hazırlamalı və vəziyyətin içindən çıxmağa çalışmalı idim.
– Xeyr! Bu gün heç bir yerə getmirəm, Ələkbər yoldaşı çay içmək üçün çağırıram. Siz də buyura bilərsiniz, – dedikdə o:
– Elə mənim də sizi könlüm istəyir. Oturub bir az danışaq, görək nə var, nə yox, – deyərək mənimlə bərabər çay otağına girdi. Ələkbər yoldaş gəldi. O, yerə oturan kimi də Səriyyə xala onun qəlyanını gətirib stolun üstünə qoydu, çünki hər şeydən qabaq bir stəkan çay içmək və bir qəlyan çəkmək onun adəti idi. Bir neçə dəqiqədən sonra dəstənin başı açıldı, Təhminə xanımla Məcid içəri girdi, bir az keçdi, Nina əlində Məcidin paltosunu gətirdiyini bəhanə edib, içəri girdi, lakin nə Təhminə xanım, nə də Nina mənə o qədər də əhəmiyyət vermirdi. Onlar ancaq Ələkbər yoldaşla danışır və onun kefini xəbər alır, ona məhəbbət göstərirdilər.
Mən Məşədi Kazım ağanın qulağına pıçıldadım:
– Deyəsən, bu kələklərin hamısı sənin kələklərindir, – dedikdə o da:
– Əhəmiyyət verməyin, – dedi.
Məsələ aydınlaşdı, buna görə də mən qabaqca Ninanın söz açmasına imkan vermədim, onun nəzərlərində oxunan narazılığı söndürmək üçün sözə başladım:
– Mən özüm sizi bir yerə yığacaqdım, sizə əleyhimizə hazırlanmaqda olan təhlükə haqqında danışmaq istəyirdim, – dedikdə Məşədi Kazım ağanın tövrü tamamilə dəyişdi, oturduğu kürsünün üstündən qalxıb bir də oturdu. Əllərini dizlərinə söykəyib boynu ilə bərabər bütün vücudunu mənə tərəfuzatdı, bir-iki dəfə udqundu və qorxulu nəzərlərlə mənə baxaraq soruşdu:
– Təzə təhlükə?
Mən qabağımdakı çayı qarışdırıb içincə o bir neçə kərə bu sualı mənə verdi, çünki hamıdan artıq təhlükədən Məşədi Kazım ağa qorxurdü. Əvvəla, təhlükə zamanlarında Məşədi Kazım ağanın maliyyə işləri zərərdidə olurdu, çünki o, paranı ancaq inqilabdan qazanırdı. İkincisi də, təhlükə zamanlarında təhlükəyə qarşı hazırlıq görmək üçün artıq para lazım gəldikdə Məşədi Kazım ağa verməli idi. Onun qorxusu bu iki səbəbdən ola bilərdi. Otaqda bir səbirsizlik davam “dirdi. Məşədi Kazım ağa Ələkbər yoldaşa tərəf dönüb:
– Qəribə adamdır hal.. – dedi və sonra da məclisə müraciətlə sözünə davam etdi: – Bu inqilabda biz də iştirak edirux, ya yox?l Bəs biz bilməyək ki, başımıza nə gəlir?1
Mən daşın sevər yerdən dəydiyini dərhal hiss etdim, buna görə də Məşədi Kazım ağaya tərəf soyuq bir nəzər ataraq:
– Görünür ki, inqilabda iştirak etmirsiniz, – dedikdə o boynunu geri çəkdi və mənə sual verdi:
– Mən ölüm, bu sözü doğrumu deyirsən? Mən inqilabda iştirak etmirəmmi? Mənim malım da, canım da inqilaba qurban deyilmi?1
– Orası mənə məlumdur. Lakin hələlik bizim dostumuz Təbriz inqilabını buraxıb ancaq evimizdə inqilab yaradır. Eybi nədir, bu da inqilabdır. Biz Ələkbər yoldaşla bütün gecə-gündüzü Hacı Səməd xanın təzə macərası haqqında iclaslarda keçirdikdə, siz də burada mənim ziyafətlərdə, kef məclislərində vaxt keçirdiyimi deyib arvadların içində inqilab törədirsiniz.
Məşədi Kazım ağa bu sözdə köməksiz adamlar kimi o tərəf-bu tərəfə baxıb:
– Bu bığları qəbrə qoyasan ki, bu işdən mənim xəbərim yoxdur,
– dedikdə Nina qəhqəhə ilə güldü və bu gülüşdən Məşədi Kazım ağa qızardı, Ninaya baxaraq: – Eybi yoxdur, Nina bacı! Bir də mənə tövbə olsun ki, arvad tayfasının ipinə odun yığmayıml
Məşədi Kazım ağa və Nina təzə təhlükənin nədən ibarət olduğu ilə maraqlanırdılar. Nina məndən bu barədə soruşdu:
– Doğrudan da, bir hadisə gözlənilirmi?
– Ciddi bir hadisənin baş verəcəyi şübhəsizdir. Çar general-qubernatoru və onun nökəri olan Hacı Səməd xan Şücaüddövlə heç vaxt Təbriz xalqını İranın başqa yerlərindəki xalqla müqayisə edə bilməz, çünki təbrizlilər siyasi məsələləri başqalarından daha tez həll edə bilirlər, çünki Rusiyada baş verən Beşinci il hərəkatı və Rusiya işçisinin silahlı üsyanı Təbriz xalqının gözü önündə keçirmişdir. Bunlardan əlavə, çar müstəmləkəçilərinin təzyiqləri və eyni zamanda yerli feodalların talanları da Təbriz xalqının ayılmasına və onun mübarizə duyğuları ilə silahlanmasına səbəb olmuşdur. Təbriz inqilabı hərəkatda həmişə İran xalqlarına yol göstərib, bayraqdar olub.
Çar hökuməti və yerli feodallar inqilabi fikirləri və güclənməkdə olan siyasi şüuru Azərbaycan xalqının zehnindən silahla çıxarmağı bacarmadı. Buna görə də onlar təbrizlilərin bu hislərini söndürmək üçün təzə bir silah işlətmək istəyirlər. O silah dinçilikdən, bidət və mövhumatdan ibarətdir. Son zamanlar çar və ingilis müstəmləkəçiləri din və mövhumat təbliğatına hər zamandan artıq diqqət verirlər. Çar konsulu Hacı Səməd xana bu barədə ciddi təlimat vermişdir.
Məşədi Kazım ağanın rəngi açıldı, çünki bu xəbərdə onun maddi mənafeyi üçün heç bir zərər görünməyirdi. O, çox cürətli bir surətdə:
– Eybi yoxdur, qoy nə bilirlər etsinlər. Biz də inqilabçıyıq, biz də işimizi bilirik! – dedikdə məclisin əhvali-ruhiyyəsi dəyişdi, mən də Ninaya tərəf dönüb dedim:
– Hacı Səməd xanın bu xəyanəti, özünün minlərlə inqilabçıları məhv etməsindən, zirzəmilərdə boğdurub küçələrə atdırmasından, buz bağlamış hovuzlara salıb dondurmasından, inqilabçıları kütləvi surətdə çar landarmının əlinə tapşırıb Sibirə sürgün etdirməsindən daha qorxuludur.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-teze-xeyanetler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir filosofun zamani-vəfatında oğluna etdiyi nəsihət.*Ey mənim istəkli oğlum! Mən dünyadan getdiyim kimi, əsri-hazırda olan cəmi yaranmışlar dəxi mənimlə belə qara torpaq altına gedəcəkdir. Zamani-həyatımda əcdadımızdan şə’n-şöhrətimizə layiq bir maarifli oğul yetirdim. O isə səndən ibarətdir. Əzizim! Qamətin ucaldıqca bacarıb şan və şöhrətini alçaq saxla.
Qəlbim tutulmuşduYayın orta ayı, günortanın zamanı, qəlbim tutulmuşdu. Durub dolanıb molla yoldaşımı tapdım. Ərz elədim, ay molla, sən allah bir az yaxşı söhbətlərdən elə, bəlkə bir az mənim qəlbim açılsın. Pir olsun, çox fərəhli söhbət etdi. Əvvəl buyurdu: görəsən bu isti hava nədəndir? Dedim: bu işləri hükəma yaxşı bilər. Buyurdu: görəsən hamı şəhərlər bizim şəhərimiz kimi isti olar? Dedim: molla qardaş, mənim əqlimcə Qafqaz şəhərləri bir-birindən gərək bir az tafavütlu olsun. Dedi: xeyir, mən Qafqazı demirəm, belə bir necə yer adı var ki, indi təzə məktəbə getmiş uşaqlar sayıb, sonra divardakı çızıq-çızıq kağızlarda barmaqları ilə göstərirlər. Ürəyimdə bilirəm, amma dilim tutmur. Dedim: olmaya beş qit’əni deyirsən? Dedi: adını de görüm? Dedim: Avropa, Asiya, filan, filan... Buyurdu: bunlar isti olur ya inki bizim şəhərimiz? Dedim: ehtimal vardır ki, Afrika çölləri isti olar. Buyurdu: Afrikada müsəlman çoxdur, ya inki Qafqazda? Ərz elədim: Afrikada neçə-neçə islam hökumətləri vardır ki, Qafqazdan böyük torpağı, milyonlarla nüfusu vardır. Buyurdu: xub, onların idarəsi nə tövrdür, məşrutədir, müstəqildir? Dedim: onlar öz çörəklərini gizlin yeməkdədirlər. Buyurdu: necə-necə?!!... Gördüm çox baş-beynimi aparacaq, istədim sakit eləyim, dedim: onlar da bizim Rusiya müsəlmanları kimi asudə yaşamaqdadırlar. Dedi: necə, nə buyurursan? Təngə gəlib bu nəzmləri rəfiqimə oxudum:Asudə bizik, bizləri görcək sitəm ağlar,
MəktubCənab Molla Nəsrəddin! Bir necə gün bundan müqəddəm İranda bir şair rəfiqimə yazıb İrandan mə’lumat istəmişdim. Çünki on ildir İranı görməmişdim. Dünən rəfiqimdən fars lisanında bu məzmunda bir məktub yetişdi. Məktubu farscadan eynən tərcümə edib idarənizə təqdim edirəm:Əziz qardaşım Hərdəmxəyal! Minlərcə şükürlər, hökumətin sayeyi-mərhəmətində hürr və asudə yaşayıb gündən-günə tərəqqi və təməddün aləminə sarışıb mədəni millətlər, müəzzəm hökumətlər sırasına keçirik!.. Asiya meydanında bir elektrik fanusu kimi qətəati-xəmsədə olan bəni-nəv’i-bəşəri işıqlandırıb aləmi-mədəniyyəti birdən-birə tənvir etmişik.
Bəyani-həqiqətGet, ay Molla Nəsrəddin əmi, allah sənin kimi mollaları bizə çox görməsin. Bir necə müddət idi öz şəklini jurnalın arasında çəkirdin, həyalı cavanlar jurnalı qabaqlarına açan kimi gözləri sənə sataşanda həya təri basıb, utanıb, büküb qoyurdular yerə. Çünki görürlər əlində əsayi-piri, başında əmmaməyi-abidanə, özün də gözlərini tikmisən adamın üzünə. Biçarə uşaqlar xəcalət çəkirdilər. Çox arif molla imişsən!Bu az müddətdə elmi-qiyafə işinə baş tapıb yavaş-yavaş pərdə dalına çəkilməyə başladın. Hərçənd bizim sənə söz deməyimiz qəbihdir, lakin mollalarda hüsn-xülq olduğuna cəsarət ilə ərz edirəm. Axund ağa, bir az da pərdə dalına çəkilsən pis olmaz. Bəlkə allaha təvəkkül, səni pərdə dalında görüb müsəlman aləmində bə’zi biar mollalar ibrət götürsünlər. Təbriz dedim, ağayi-büzürkəvarın sizə təqdim etdiyi sifariş xəyalıma gəldi. Keçən gün Əmir timçəsində Məşədi Qazım dəllal ilə «Ağa»-nın bir-birinə tapança çəkmələrindən söhbət edirdim. Onda gördüm bir nəfər gəldi ki, səni «Ağa» çağırır. Dedim inşallah yaxşı oldu. Görəsən hansı yalançı qəbaləyə qol çəkdirəcək, yenə bir-iki qran mənə yapışar. Haman adam ilə gəlib məhkəməyə, gördüm, «Ağa» oturub mənə baxıb gülür. Mən də salam verib oturdum. Buyurdu, Hərdəmxəyal, bilirsən səni nədən ötrü çağırmışam? Ərz elədim xeyir. Buyurdu, əvvəl bizi bir yaxşı tə’rif edəsən, özgə yerdə millət qəmi çəkən mollalar oxuyub bilsinlər ki, tək onlar deyil, biz də qəm çəkməkdən çöpə dönmüşük. Bir də mənim yoldaşım Fəxrululəmanın şəklini jurnalda çəkəsən, amma qabağından sallanan şalvar bəndlərini çəkməyəsən.
Başqa şairlərin şeirləri
Yanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Yaxşidur (Eşk səfili...)Eşk Səfili, dəli könül, qayna soğulma,Maç urud dəryaya taşmax yaxşidur,
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
OnaMunda kim var deyim yari-vəfadarım ona,Çəkibən xəlvətə bir sir açım əsrarım ona,