Qəlbim tutulmuşdu
Yayın orta ayı, günortanın zamanı, qəlbim tutulmuşdu. Durub dolanıb molla yoldaşımı tapdım. Ərz elədim, ay molla, sən allah bir az yaxşı söhbətlərdən elə, bəlkə bir az mənim qəlbim açılsın. Pir olsun, çox fərəhli söhbət etdi. Əvvəl buyurdu: görəsən bu isti hava nədəndir? Dedim: bu işləri hükəma yaxşı bilər. Buyurdu: görəsən hamı şəhərlər bizim şəhərimiz kimi isti olar? Dedim: molla qardaş, mənim əqlimcə Qafqaz şəhərləri bir-birindən gərək bir az tafavütlu olsun. Dedi: xeyir, mən Qafqazı demirəm, belə bir necə yer adı var ki, indi təzə məktəbə getmiş uşaqlar sayıb, sonra divardakı çızıq-çızıq kağızlarda barmaqları ilə göstərirlər. Ürəyimdə bilirəm, amma dilim tutmur. Dedim: olmaya beş qit’əni deyirsən? Dedi: adını de görüm? Dedim: Avropa, Asiya, filan, filan... Buyurdu: bunlar isti olur ya inki bizim şəhərimiz? Dedim: ehtimal vardır ki, Afrika çölləri isti olar. Buyurdu: Afrikada müsəlman çoxdur, ya inki Qafqazda? Ərz elədim: Afrikada neçə-neçə islam hökumətləri vardır ki, Qafqazdan böyük torpağı, milyonlarla nüfusu vardır. Buyurdu: xub, onların idarəsi nə tövrdür, məşrutədir, müstəqildir? Dedim: onlar öz çörəklərini gizlin yeməkdədirlər. Buyurdu: necə-necə?!!... Gördüm çox baş-beynimi aparacaq, istədim sakit eləyim, dedim: onlar da bizim Rusiya müsəlmanları kimi asudə yaşamaqdadırlar. Dedi: necə, nə buyurursan? Təngə gəlib bu nəzmləri rəfiqimə oxudum:
Asudə bizik, bizləri görcək sitəm ağlar,
Qəmdidəlikim görsə yəqin et ki, qəm ağlar.
Bir dəm görən əhvalımızı dəmbədəm ağlar,
İslam adı yazdıqca əlimdə qələm ağlar.
Yoldaş, qapını çalma, anaxtarsız açılmaz,
Çox sə’y-təlaş etmə ki, qəlbirdə su durmaz,
Yüz top vurasan başına bu yatmış ayılmaz,
Daşlara da mən dərdimi hər söyləsəm ağlar.
Hər töhməti bas bağrına, çox söyləmə, lal ol,
Saldat nə soruşsa dilini anlama, mal ol,
Qafqazda qoyunlar kimi hər cinsə halal ol,
Hər tayifə şad olsa da axır əcəm ağlar.
Qoyma yerə boş gülməyi aləm sənə gülsə,
Get işrətə gər başına min qüssə tökülsə,
Fikr eyləmə bir zərrəcə qəddin də bükülsə,
Kafir də səni görsə, xudayə qəsəm ağlar.
Üstün ana əl vurmayıb et bircə təvəkkül,
Sel gəlsə durub qaçma, əgər olsa da müşkül,
Hər nə desələr bax, özünü eləmə yünkül,
İslam adı yazdıqca əlimdə qələm ağlar.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-qelbim-tutulmusdu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qızlar tualetlərini düzəldib quru, təmiz paltarlarını geyindikdən sonra xanın qadını ilə bərabər salona çıxdılar. Zəngin Şərq salonunu ilk dəfə görürdülər.Salonda elektrik işığı yoxdu. Lakin lampa elektrik işığından daha işıqlı idi. Həris Qərb müəssisələri İranda elektrik işığı olmadığını bilməmiş deyildir. Bunun üçün də onların salonunda gözəl lampalar, lalələr, əzəmətli avizələr gündən-günə artmaqdadır.
Təbrizə doğruFaytonçumuz Novruz adlı qoca bir seyid idi. Qızlar onun qoca olmasına sevinirdilər.Faytonçu Yekan seyidlərindən idi. Bunlar Təbrizlə Mərənd şəhəri arasındakı yolun qərb tərəfində yerləşirlər. Bunların hamısı seyid, hamısı da yolvurandır. Yekan seyidləri çox ucaboylu, çox da qüvvətli bir tayfadır. Bunlar İran ordusunda yalnız topçuluq vəzifəsində məşhur olurlar.
İnqilab məntəqəsindəMərənd şəhəri ilə Təbriz arasındakı yolun şəkli büsbütün başqa idi. Bu yol Mərənd, Xoy, Səlmas, Urmi və Qaradağ mahalı ilə Azərbaycanın mərkəzi olan Təbriz şəhərini bitişdirən işlək bir yoldur. Yol at, qatır, uzunqulaq, dəvə araba karvanları ilə doludur. Faytonumuz o tərəf-bu tərəfə burulmaqla bu sıx karvanları yarıb keçməyə məcbur olur. Karvan xalqından bəziləri inqilab mahnıları oxuyurdular. Bu isə həmin yerlərdə artıq inqilabçıların nüfuzları olduğunu göstərirdi. Mərənd şəhərindən uzaqlaşdıqca, Şüca Nizamın nüfuz dairəsindən ayrıldıqca bu kimi mahnıları tez-tez eşidirdik:Təbrizdə var inqilab,
İlk görüşlərMənzil etdiyim bu məhəllə inqilab qəhrəmanlarından Bağır xan Saların nüfuz məntəqəsidir. Burada onun hərbi qərargahı, mübarizləri, cəbbəxana və silahları yerləşdirilmişdir. Gecə Qafqaz sosial-demokratlarını tapmaq mümkün olmadı. Onların Hərbi İnqilab Şurası ətrafında toplandıqlarını, Səttar xanla işlədiklərini eşitdim.Mən bunlarla görüşməzdən əvvəl inqilabın yerli rəhbərlərilə görüşmək istəyirdim. Onların bu inqilab haqqındakı fikirlərini öyrənmək, gələcəkdə işləri düzgün qurmaq üçün daha mühüm idi.
Başqa şairlərin şeirləri · Satira
Oturub dörd divar arasında sən –Yüz yerə zəng vurub əmrlər verdin.
GörəndəSöylə mənə, ey şapka, nədir səndə əlamət,Baş yendiririk doğrudu bir xanı görəndə,
MüdirimInsafa gəlib rəhm elə mən zarə, müdirim!Qoyma məni bu dəhrdə avarə, müdirim!
İnşaallahÖlkəmiz mərkəzi-ürfan olar, inşaallah,Oxuyub xalqımız insan olar, inşaallah!