Səhifə 2 / 5 · 20%

Valentinov. Haydı, tez! Mən uzaqdan baxacağam. Dmitri, nə qədər də şubay boylu incə, həm də yaraşıqlı bir uşaq! Mən biləni bir o qədər təqsirkar da deyildir. Fəqət bizim vəzifəmiz müəyyən. Çayın daşı, çölün quşu, cəhənnəm. Sən yerində hazır dur. Yaylım odun unutma. Haydı, get!

Gedirlər. Durna və İncə girirlər.

İncə. Bir xəbər bil, gəldimi?

Du rna. İncə, sənin bu sözlərin Aydəmirçin çox ağır. Zavallını məhv edər.

İncə. Könlüm ona nədən isə bir yaxınlıq hiss edir. Fəqət, Durna, mən atama bağlıyam. İstəmirəm bir şey olsun, qan düşsün, atam məndən incisin.

Du rna. Deyirlər ki, atan səni Aslanbəyə verəcək.

İncə. Mənə qalsa, onu görmək belə istəmirəm. Fəqət qızdan soruşan kim? Ata hər nə söyləyərsə, qız da onu dinləməli, öl deyərsə, ölməlidir.

Du rna. İndi yazıq Aydəmirin halı görən nə olar?

İncə. Mənim ona heç bir zaman söz verdiyim olmamış. Mən bir qızam, öz başına öldürsələr, elə bir şey etmərəm. Təkbətək də bir kəlmə söz bir-biri ilə kəsmədik. Ancaq gah sən, gah o birisi ondan mənə, məndən ona söyləmiş, iki dəfə çox uzaqdan gözlərimiz birbirinə sataşmış. O da baxmış, mən də bir az baxmışam. Sonra uşaq yaylığımı oğurlayıb Aydəmirə vermişdir. Uşaq könlüm heç fərqinə varmadı. O hər kəsdən dəyərli, igid, gözəl, sevimli. Fəqət atam bilmirəm kimdən eşitmiş, istəyirdi bütün evi uçursun. Inanmayır. Doğru bir şey bilərsə, inan məni para-para doğrayar.

Du rna. Yaxşı, əgər gəlmişsə, neyləsin?

İncə. Evlərinə getmərəm. İki kəlmə sözüm var. Mən qorxuram, yaylığımı verməsə atam məni öldürər. Ona söyləyim. Tapşırdım. Söz vermişdi bu gecə üçün gələcək.

Du rna. O səninçün, ölüm olsa, çəkinməz. Hər nə isə Allah belə istəmiş.

Gedir. Bir azdan sonra Aydəmir yenə əlində tüfəng çıxır.

Aydəmir. Məni görmək istəmişdin, gəlmişəm.

İncə. Bir sözüm var. Istəyirdim yalvararaq onu sənə söyləyim.

Aydəmir. Sən inan ki, sənin üçün hər bir şeyə hazıram. Ölümümü

istəsən, bu dəqiqə ölərəm. Cəhənnəmə göndərəcək olursan,

gözüyumlu yanar oda girərəm.

İncə. Mənim sözüm çox deyil. Çünki bizi burda görən olarsa,

atam məni öldürər.

Aydəmir. Mən sağ ikən heç kim sənə bir kəlmə söz deməz. Aydəmiri

torpaqlara gömməmiş, heç kəs onun ürəyinə toxunmaz. Unutma!

İncə. Hər bir halda qızın adı ləkələnsə, ölüm ondan yaxşıdır. (Sükut)

Bir neçə ay bundan əvvəl uşaq mənim yaylığımı aparmışdı.... deyirlər

ki... mən özüm də bilirdim ki, səndədir. Onu almaq istəyirəm. (Sükut)

Aydəmir. Bəli. Incə, məndədir. Fəqət bil ki, Aydəmirin taleyini

qara məzar daşlarına çevirdin. Bir sözlə Aydəmiri öldürdün. Allah özü

bilir ki, o keçilməz meşələrdə, o çıxılmaz qayalarda Aydəmir bircə

sənin xəyalınla yaşayır. Eşitdim ki, məni görmək istəyirsən, o gündən

gözlərimi yummadım. Bilməyirdim neçin. Düşündüm. Bir çox şeylər

düşündüm. Bir çox şirin xəyalları göz yaşımla suvardım. O dediyin

sözləri də xəyalıma gətirdim. Varlığımı sarsıtdı. Uşaq kimi qorxurdum,

12 inan, mən, güllələrdən çəkinməyən, aslanlarla pəncələşən Aydəmir, bu bir fikrin qarşısında yarpaq kimi titrəyirdim.

İncə. Aydəmir, dediklərin varlığımı sarsıdır. Mənə qalsa, bəlkə səni dünyalara dəyişməzdim. Allah özü ürəyimdən xəbərdar. Fəqət mənim ixtiyarım atamdır. Istəmirəm atam məndən incisin, mənim adım xalq içində ləkələnsin, söyülsün. Sən könlümə doğmasan, fəqət atam... Aydəmir... artıq burda dura bilmərəm.

Aydəmir. Bəli, atan şübhəsiz ki, mənim kimi bir yoxsula, bir kimsəsiz zavallıya getməyini istəməz. Mən səninçin çarpışmadan çəkinməzdim. Fəqət sən... Budur, al! İstəmirəm sən mənimçin bir sıxıntı çəkəsən, sənin adın çəkilsin.

Səhnənin ardından səs qopur.

Dmitri. Dayan, dayan!

Tarverdi (səhnəyə atılır). Aslan... Aslan... soldatları çağırmış.

Aydəmir. İncə, get. (Tarverdiyə.) Söylə: hər kəs istəyirsə, buyursun!

İncə yerindən tərpənməmiş Dmitri səhnə bucağında görünərək.

Dmitri. Tərpənmə! (İncə yerində dikilib qalır) Silahı burax!

Aydəmir (tüfəngini dikləyərək). Kim canından qorxmayırsa, buyursun.

Dmitri. Haydı! (Silahlar açılır. Dörd tərəfdən Aydəmirə atırlar. Aydəmir öz tüfəngi ilə hər tərəfə cavab verir. İncə çaşıb yerə oturur. Tarverdi bir tərəfə çəkilib daldalanır. Aydəmirin anası və Xaspolad bir həyəcan içində çıxırlar. Durna qapını aralayıb bir maraq və həyəcanla ağlayaraq baxırkən.) Silahı burax! (Eyni vaxtda atəşlər açılır.)

Aydəmir. Aydəmir ölməmiş silahından ayrılmaz.

Səlimqızı. Ay bala... atmayın. Ya allah!

Aydəmir (güllələr arasından yaxınlaşan anasına). Uzaq (Eyni zamanda çəkilərək.)

Səslər. Təslim ol! Tərpənmə!

Aydəmir. Meşələrdə gözləyirəm. Kim istəyir buyursun! (Ataraq aradan sıçrayıb çəkilir. Anası da güllələr içində ağlayaraq onu təqib edir.)

Valentinov, Dmitri, bir neçə əsgər səhnəyə çıxırlar.

Valentinov (tez qalxıb getmək istəyən İncəyə). Tərpənmə! (Əsgərlərə.) Sanki hamı gözlərini evlərində unutmuş, otuz adam bir nəfəri qaçırtdı, tülkülər... kənd içində bir nəfər də gəzməsin. (İncəyə.) Sənin, söylə qaçaqlarla işin nə? Sən kimsən? (Sükut.) Yəqin ona xəbər verən, sursat, filan... sən yəqin ki, Aydəmirin bütün gizli yerlərini bilirsən, deyilmi?

İncə. Mən, mən?

Valentinov. Yox, yox, sənə söylədərəm!.. Alın bunu, bağlayın qollarını! (Bağlayırlar) Həbs edin. Sabah şəhərə gedər, dustaq olub doğrusunu deyərsən.

Aydəmir də indi qaçdı. Fəqət mənim əlimdən asanlıqla yaxa qurtara bilməz. Göstərərəm mən ona!

İncə. Vallah, mənim heç bir şeydə işim yox. Buraxın, atam məni öldürər. Mən.... mən....

Valentinov. Yox, qolubağlı gedib dustaqları görərsən, doğrusunu söylərsən. O bayaqkı qoca da qaçdımı?

Tarverdi. Yox, yox, buradayam. (Çıxır) Bizim yerdə ayılardan qaçarlar, sizdən neçin qaçım mən?

Valentinov. Bağlayın. Sənin dilin çox uzundur, qısalması boynuma.

Tarverdi (qollarını bağlarkən). Demək, mənim xilqətimdə Allahımın səhvi var. Bu dil, bu qol heç də gərək deyilmiş.

Valentinov. Yırtıcılar, vəhşilər!

Tarverdi. Ancaq bir şey söyləyim. Aydəmirdən elçiyəm, istərsəniz açın məni, söyləyim.

Valentinov. Tülkülüyü burax, kişi. Döyülməyin çatmasın.

Tarverdi. Gərəksizsə, çox gözəl; o yalvardı söyləyim, mən də ona söz verdim. Heç olmazsa, mən yalançı olmaram. Mən özüm də istəməzdim onun axmaq sözlərini söyləyim.

Valentinov. Doğrudan da sənə bir söz demişmi?

Tarverdi. Demiş!

Valentinov. İndi özü haradadır?

Tarverdi (barmağını uzadaraq). Odur, bax!

Valentinov. Nə söyləyir?

Tarverdi. Deyir ki, o tutduğu günahsız qızcığazı buraxsa, söz versə ki, heç bir zaman onun adın çəkməsin, namusuma and olsun ki, gələrəm. Silahımı vermərəm, fəqət təslim olaram. Mən nə qədər danladım ki, sovuş get, öz əlinlə boğazına ip salma. Meşəmiz də çox geniş. Söylədi ki, istəmirəm məsum bir qız mənim üçün divanlara sürülsün. Günahsızkən güldən təmiz adına qara ləkə vurulsun.

Dmitri. Çox gözəl; sizcə bu bir dəli deyilmi? Ağlı olan özü üçün belə fəna bir şahidlik verərmi?

Valentinov. Sözün doğru olmazsa?

Tarverdi. Mən heç yalan söyləmərəm. Yalan olsa, mənə verən medalları A slanbə yə verərsən.

Valentinov. Aç, burax! Get söylə ki, sözlərinə razıyam. Unutma ki, gəlməzsənsə, uşaqların buradadır. Haydı, get!

Tarverdi. Gözləyin. (Gedir.)

Valentinov. Açın qızın qollarını!

Dmitri. Bəlkə yalan söyləyir, ya Aydəmir öz fikrini çevirdi, gəlmədi?

Valentinov. Yox, yox, indi mən işləri anladım. Qız gərək ki, evlərindən xəbərsiz görüşməyə gəlmişdi. O da indi sevdiyinin bir adına həyatını qurban vermək istəyir. Doğrudan da söz vermişsə, edər də. Budur bunlar belədir. Zatən qıza lüzum yox, hər bir halda açın, fəqət bir az Dursun, gözləsin.

Açırkən Aydəmir əlində tüfəngi girir.

Aydəmir. Budur, mən!

Valentinov (geriləyərək). Hə.... e.... e.... e, çox gözəl! Sizin

belə doğru adam olmanız sizə zərər yetirməz. Istərsəniz...

Aydəmir. Artıq mənə fərqi yox... Fəqət onu... söz verdiniz...

unutmayın!

Valentinov. Çox gözəl, mən sözümdən qaçmaram. Sevdiyiniz

azaddır.

Aydəmir. İncə!.. Artıq Allah amanında... gedin...

İncə (ürəyini bir şey əzirmiş kimi, çaşqın bir halda yerindən qımıldanmayaraq).Fəqət... yazıq... Mənim üçün sən özünü məhv etdin...

Valentinov. Indi sizdən bir neçə söz soruşmalıyam. Şübhəsiz ki, doğru cavab verərsiniz, deyilmi?

Aydəmir (əvvəl İncəyə). Mənə artıq bütün dünya cəhənnəm. Mənim üçün ən qaranlıq bir məhbəsin yaşıl, azad bir çəməndən fərqi yoxdur. Sizi burda görməsinlər, gedin. (Valentinova.) Nə soruşsanız, söylərəm. Bağışlayın. (İncə çox mütəəssir, yerə mıxlanmış kimi durur.)

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri