Səhifə 4 / 5 · 60%

İkinci pərdə

Kənd kənarında gözəl görkəmli yaşıl bir çəməngah. Bir tərəfdə kiçik, fəqət gözəl
bir şəlalə. Bir tərəfdə Aslanbəy qabağında bir neçə xonça oturmuş. Əsədbəylə
söhbət edir. Qabaqda kəndin cavanları güləşir, oynaşır. Şərq musiqisi, yastıbalaban,
nağara və sairə çalınır. Aşıq şikəstə oxuyur. Gənclər də ara-sıra onun sözün kəsib,
oxumağa başlayırlar. Birinci pərdədən 2 il keçmiş.

Aslanbəy. Elə nisyə danışıqdan kar aşmaz. Sonra gəlsin Aydəmir bacardığın eləsin.

Əsədbəy. Aydəmirə vur-tut 5 il kəsilmişdir. 2 ildir getmişdir.

Aslanbəy. Hələ 3 il igidin ömrüdür. istər sabah qayıtsın.

Əsədbəy. Hər bir halda qanlı qanlıdan əl çəkməz.

Aslanbəy. Əsədbəy, mən hər şeyin çarəsini düşünmüşəm, qoymuşam. Mən, əvvələn, Aydəmirin qardaşını öldürdüm. Sonra görün, özünü də sənin işin, ya başqa iş üçün hər bir halda qaçaq saldım, tutdurdum. 5 il də iş kəsdirdim. Budur, bu gün İncəni də alıram. Halbuki İncə onun sevdiyi. Bir bu qədər iş gördüm, Aydəmirin kələyini düşünmədim, eləmi? Maraq etmə, əzizim, düşündüm. Aydəmirin ancaq iki yeri var: ya əbədi Sibir, yaxud bizim məzarlıq.

Əsədbəy. Çox gözəl, indi Daşdəmirə nə deyirsən? O da məncə, qorxulu. Gələn gündən işin-gücün buraxmış. Bir tüfənglə ora-buranı gəzir.

Aslanbəy. Sən ağlını itirmişsən, Əsədbəy! Ya ördəkmi, durnamıdır, nədir, onun dərdindən və yaxud da Daşdəmirin qorxusundan. Əsədbəy. Aslanbəy, sən zarafat düşünmə. Daşdəmir də, Aydəmir də, lüt oğlan. Heyvanı yox, öküzü yox, yeri yox. Onlar üçün öldü, qaldı, fərqi yox. Bir bacıdır, hər bir halda,

Daşdəmir heç olmasa da, gedər ərə, keçinər. Deyirlər ki, Daşdəmir də vermir ki, qoy Aydəmir qayıtsın. Aydəmiri gözləyir. Bu şeyləri unutmaq?

Aslanbəy. Daşdəmirdən çəkinmə, Aydəmir bir başqadır. O şeytan oğlu doğrudan igiddir, həm də əli itidir...

Xəlfə (gəlir). Saqi verin... zalım oğlu S ü l e y m a nı təpəsinə qaldırıb elə çırpdı ki, bir ilə də ayılmaz.

Aslanbəy. S ü l e y m a nı yıxdımı?

Xəlfə. Elə yıxdı, babasının kürəyinə sarıdı.

Əsədbəy. Hayıf, hayıf. D u r s u n dayı, qocaldın.

Xəlfə. And içdi ki, 5 ildir güləşdiyi olmamış... Dedi daha Aslanbəyin xətirindən keçmərəm. Süleyma nı bu vaxtadək heç bir yıxan olma-

mışdı, elə verdi X o ruzunu qoltuğuna... (Padnosları götürüb Dursu na verir; uşaqlar, gənclər fındıqları, qənnadıları dartmağa başlayırlar.) Dinc durun, yazıq-yazıq orda uzanıbdır. Tazı kimi ləhləyir.

Əsədbəy. Qoçdur, qoç...

Gənclər hamısı paylaşıb: “Tək olmaz, qoyma, dart”, – kimi sözlərlə vuruşaraq,
oynaşaraq gedirlər. Tarverdi çiynində böyük bir şələ odun olaraq girir.

Əsədbəy. Sağ ol, sağ ol, ay Tarverdi. Şələsinə bir baxın, bir öküz də götürməz.

Aslanbəy. Tarverdini çox da qoca bilməyin. Əjdahadır, əjdaha. Bu saatda tərəzinin bir gözünə 15 öküz qoysalar, Tarverdini vermərəm. Qoca deyil, əjdahadır, əjdaha.

Tarverdi. Ağamızın toyunda belə işlər nə işdir? Əlimizdən gələn bu.

Əsədbəy. Çox sağ ol!

Tarverdi. Vallah, sizə qurban olum! Dedi ki, A s l a n b ə ydən başqa sizə, kasıblara bir adam yox əl tutsun. Allah onun ömrün artıq eləsin. Gərək cavan olaydım.

Əsədbəy. Eybi yoxdur, A s l a n b ə y də gətirdiyin odunları unutmaz.

Tarverdi. Allah ona oğul versin! Allah onu, dedi ki, Allah onu...

Aslanbəy. Eybi yoxdur, Tarverdi. Keçən qışda gəldin məndən 3 pud tumluq buğda çəkdin apardın. Çarə yox, yazıqdır, verməsəm şumu qalar, dedim, qoca kişidir... Indi gərək xırman vaxtı 20 pud buğda çəkib gətirəsən.

Tarverdi. Allah qoysa... dedi ki, Allah versə... dedi ki, Allah heç bir bəndəsini o ki var, darda... qoymaz, dedi ki...

Aslanbəy. Get, Tarverdi, o buğdanın 10 pudunu bağışladım, apar ye, qalanını verərsən.

Tarverdi. Allah səndən, dedi ki... razı olsun... (Aslanın ayağından öpmək istəyirmiş kimi, əyilərkən, şələ başından aşır, Aslanbəy və Əsədbəy qaldırır.)

Aslanbəy. Tarverdi, get uşaqlara söylə ki, odun yığıb o qayanın başında bir çırağban etsinlər ki, bütün mahal işığını görməsə, dərilərin soyaram. Sən də qorxma, bahar vaxtı bəyliyindən 5-6 gün keçərəm.

Tarverdi. Allah səni, dedi ki, yazıqlara, fəqirlərə çox görməsin.

Aslanbəy. Qoy deməsin camaat ki, A s l a n b ə yin kasıblara bir köməyi dəyməyir. Hamısının buğdasından, iş günündən keçərəm.

Əsədbəy. Tarverdinin bir gözəl də qızı var.

Aslanbəy. Həm də yaxşı qaytağı oynayır.

Tarverdi. Hə, neçin, Allah sizin oğlunuzu saxlasın. Odur də...dedi ki, odur də, yırtıq-yamaq, dedi ki, odur də, uşaqdır də...

Aslanbəy. Get, qızını gətir bir az qoy qaytağı oynasın. 10 pudu da bağışlaram, apar ye.

Əsədbəy. Bu yaxşı!

Tarverdi. Kişilərin yanında?

Aslanbəy. Nə olar?

Əsədbəy. Halva deyil ki, hop eləyib yesinlər.

Aslanbəy. 10 pudu da keçirəm.

Tarverdi. Neylək, neylək... O 10 pudu verərəm. İkicə pudu bu il yerə buğda səpdim... Allah versə... dedi ki, verərəm... (Tələsik gedir.)

Aslanbəy. Bu nanəcib adamlara gəl də sonra yaxşılıq et. Mən istəsəm zorla tutub oynadaram, heç bir söz də deməz, deməz də.

Mə lək. Keçin, keçin... arvad-uşaq bulaq üstə çıxır.

Əsədbəy. Çox gözəl! (Ə s ə d b ə y)

Xəlfə. Keçin burdan, keçin, gəlin bulaq üstə gəlir. (A s l a n b ə yə) Gəlin aşaq dağ ardına, orda meydan düzəldək, qoy gəlin-qız burda çalıb oynasın.

Aslanbəy. Çox gözəl! (Gedirlər.)

Bir azdan sonra bir dəstə gəlin-qız əllərində dəf, kamança gəlirlər.
Dursun dayının əlində də bir qaval, arvadlara qoşulub, oxuyaraq gəlir.
İncə olduqca solğun və pərişan halda təzə gəlin paltarında qızlarla
bərabər düşünərək girir.

Dursun. Kim mənə yumurta versə, ona qurban olaram.

Sevər. Kim sənə qapaz çəkərsə?

Dursun. Ona da qurban olaram. Olmasam, atam yanar.

Sevər. Yaxşı, yaxşı meydan açın! Çalın! Gülbacı, başla!

Mə lək. Nədən utanırsan? İndicə gəlinin özünü də oynadacağıq.

Sevər. İncə, hazırlan! Gəl də... yerə soxum boynunu, bax mən də oynayıram, gəl!

Mələk və bir-iki qız

Laləzardır bu gecə,

Tale yazardır bu gecə,

Gəlinə xına yaxın,

Bəy intizardır bu gecə.

Sevər və Gülbacı oynayırlar.

Dursun (qavalını çalaraq). Daradam, daradam, daraydadam, daradam. (Özü də oynamağa başlayaraq) Görün ki elə yox, bax belə. (Oxuyur.)

Pul da ki, vardır bu gecə,
Verin qapan, gəlini çəkək,
Dükan-bazardır bu gecə.
Hamı gülür, əl çalır.

Sevər. D u r s u n dayı! Bax, sən dayan, biz oynayaq. Əl-ayağa dolaşırsan. Sonra biz durarıq, sən oynayarsan.

Dursun. Hə, yaxşı!

Sevər. Sən qıraqdan oxu.

Dursun. Yaxşı. (Oxuyur.)

Orucu tutmadım yedim, yaxşı ki, kəffarəsi yox,
Söz verib dayanmadım, keçər-gedər, çarəsi yox.
Sənin eşqin bir odun, mənim də könlüm bir ocaq,
Ver nöyüt alışdıraq, tüstüsü yox, qarəsi yox.

İncə. D u r s u n dayı... sus, Allah eşqinə sus!

Dursun. Yaxşı, susdum.

Səhnənin dalından oxumaq səsi gəlir. İncə çox dalğın və mütəəssir dinləyir.

Səs. Mən aşiqəm, əsmə külək;

Səbrimi kəsmə külək!
Sevdiyim uzaq yolda,
Qabağın kəsmə, külək!
Balam, ağrını alım!
Yastıbalaban çalınır.

İncə. Sevər!

Sevər. Nədir, quzum, gözüm?

İncə. Söylə, çalmasınlar, eşidək.

Sevər. Gözlərim üstə. Təki sən mənə qulluq buyur. Ay qızlar, dayanın bir görək nə oxuyurlar. Gəlin bura (Aparır, özü qayıdır.)

Səs. Ay qız, ay qız, ağam gəl,

Ölməmişəm, sağam, gəl;

Balam, ağrını alım!

Boynumda qəm zənciri,

Yolunda dustağam, gəl.

Balam, ağrını alım!

Qızılgül məndə qaldı,

Bülbül çəməndə qaldı;

Fələk bizi ayırdı,

Yaylığım səndə qaldı.

Balam, ağrını alım!

İncə. Dursun dayı, ürəyim əzilir.

Səs. Mən aşiqəm neylim sənə,

Düşübdür meylim sənə;
Mən dönsəm, üzüm dönsün,
Sən dönsən, neylim sənə?
Balam ağrını alım!

İncə. D u r s u n dayı!

Dursun. Nə var, dovşanım! Ay qız, ağlayırsan... yaxşı, dovşan mənəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri