Qəlbim yanır baxınca bu çərxin mədarına,Baxdıqca zülmünə, sitəmi-aşikarına.Bir nakəs ki ölməyə layiqi-şərirdir,Yüksəldərək, səbəb olur da iftixarına.Bərəks, bir vücud ki, millət ziyasıdır,Erkən kəfən biçib, qapayır öz məzarına.Iştə, baxın, bu rəsmdə bir zati-əzəminSimayi-hüznbarına, qəmgin üzarına.Kimdir? Tanırmısınız bu vücudi-müqəddəsi!Bir zatdır ki, cəhli pərişan edib gedib;Bir nurdur ki, aləmi rəxşan edib gedib.Qəmnak gözlərində görün bir zəkavətin,Məhzun çöhrəsində görün qəm əlamətin.Əxvan millətə baxaraq, sanki ağlayır,Ibraz edir cəhalətə qarşı şikayətin.Təxmin olurmu ömrdə çəkdikləri cəfa?Millət özü nə qədər çoxaldıb zəlalətin.Hər bir cəfayə leyk qılıb sinəsin süpər,Sakit ürəklə qarşılayıb xalq həqarətin.Axırda kəndini yetirib bir məqamə kimMövtilə qəlbi-milləti suzan edib gedib,Çox dərdüməndlərə dərman edib gedib.Abadlıq yaratmaq üçün bir xərabədənCəhd eləyib çəkinməyərək min əzabdən,Cansız vücuda can yetiribdir həmiyyəti,Insan vücudu xəlq eləyibdir türabdən.Zillət çəkib, əzabü-əziyyət, cəfa çəkib,Axır salıb vücudunu qəm, qüssə tabdən.Şükran yerinə milləti nifrin edib ona,Xəffaş çünki nifrət edir aftabdən.Amma bu cövrü zillət və təhqirə baxmayıb,Kəndin həyati-millətə qurban edib gedib;Çox əhli-cəhli sahibi-irfan edib gedib.Ey hər “Səda”sı tar həqiqət təranəsi!Ey hər “Keyfim gələndə”si aclar zəbanəsi!Gülzari-ömrünə fələk əsdirdi bir xəzan,Taki, boşaldı mürği-ədəb aşiyanəsi.Susdunmu? Yox! Səsin yetişir səmaləmə!Söndünmü? Yox! Sönərmi günəş nurxanəsi?Soldunmu? Yox! Solurmu həqiqət çiçəkləri?Haşa! Oluyormu paslana yaqut danəsi?Gözdən düşüyormu sən kimi şəmsi-şərəfnisar?Rahi nicatı xalqa nümayan edib gedib;Həp öz vücudun ol yola taban edib gedib.Ey xadimi-ədəb! Uyu rahət məzaridə,Itməz adın bəqa var ikən ruzigaridə.Səpdikləri o toxmi-ədəb verdi hasilin,Güllər verib, çiçəklər açıb nobaharidə.Xəndan qılmağa ləbi-iqbali millətiSürdün bütün həyatını sən ahu zaridə.Etdin bəşər vəzifəsi fövqündə ciddü, cəhd.Rəhbərlik eylədin bizə hər rəhgüzaridə.Nadir bulur zəmanə sənintək vücudu kimBir xarizarı ta ki, gülüstan edib gedib;Kəndin mücahid isminə şayan edib gedib.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən