Sabirim
Mayın son günüdür, doğulduğun gün,Dağlar tül örpəkli, çiçəklər gülgün.Ana torpağından qəm oldu sürgün,Müəzzəm heykəlin güldü, Sabirim,Bu gün nə sevimli gündü, Sabirim!
Qəflət yuxusundan bizi oyatdın,Yanar göz yaşını sulara qatdın.Elin qəm yükünü dəryaya atdın,Çırpıldı sinənə dalğa, Sabirim,Bənzədin qocaman dağa, Sabirim!
Əritdin qəlbini sən gilə-gilə,Bərkdə arxa oldun Mirzə Cəlilə.Daim qonaq oldun qəmə-nisgilə.Dərdini çəkənməz dağlar, Sabirim,Acı gülüşləri ağlar, Sabirim!
Sənətkar sınanar darda, çətində,Min duyğu oyatdın məmləkətində.Cəhalət gömüldü hər söhbətində,Kül altda közərən közdün, Sabirim,Əsrin tufanına dözdün, Sabirim!
Oyan! Torpağını bir seyr elə sən!Səni ürəklərdə yaşadır Vətən.Dünyalar durduqca boy verəcəksən,Sən ey şerimizin nuru Sabirim,Qocaman Sabirim, ulu Sabirim!
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-sabirim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Məcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Borc içindəKasıb da borc içində, kalan da borc içində,Ölən də borc içində, qalan da borc içində.
SındırarMaymaq uşaq əzəl başdan bəllənər,Ev sirrini qonşulara qandırar,
شبم ز شهر برون برد و راه خانه نمودچو وقت آمدنم دیر شد بهانه نمود