Dağ qartalı
Xalq yazıçısı Süleyman Rəhimovaithaf
Deyirlər, qocaman qartal uçanda,Qayalar diz çökər, zirvələr sinər.İlham vəcdə gəlib qanad açanda,Sənət meydanında göstərər hünər.
O, öz diyarına, doğma yurduna,Elə ki, fərəhlə çevrilib baxır;Xalqın dərya təbi verilib ona,Coşqun dağ selləri qəlbindən axır.
Elini-gününü sevən sənətkar,Ucalır bir qartal qanadı kimi.“Şamo”nu bağrıma basıram, dostlar,Möhtərəm ədibin övladı kimi.
Yox, yox, titrəməyir qurşun qələmi,Onun sinəsində min dastan yatır.Elə bir insanın deyin, nə qəmi,Sənəti ən canlı epopeyadır?!
Yarat, ey sənətin könül sirdaşı,Doymaz yaratmaqdan sevdalı ürək.Ey şair Vurğunun ədib qardaşı,Ömrün uzun olsun arzularıntək!..
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-dag-qartali
← → düymələri ilə keçid, R — təsadüfi şeir