İşdir, kəm baxsan əgərHalal el malına sən,İnsanlıq şərəfiniBir anda itirərsən.

İtirərsən bir andaƏzmini, vüqarını,Sənə “övladım” deyənElin etibarını.

Ömründən xoş illəri,Ayları itirərsən.Gözlərindən dağları,Çayları itirərsən.

Dodağından ən şirinMahnı səsi kəsilər,Qulağından sularınZümzüməsi kəsilər.

Əllərindən soyuyarZəhmətin hərarəti.Ürəyindən silinərİlk gənclik məhəbbəti.

Doğulduğun diyardanİzini itirərsən...Özün bizə gərəksən,Özünü itirərsən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri