Qəlbimdə şaxta var, çöldə bahardır,Ayrılıq saçımda gümüşü qardır.Həsrət baxışlarım nə intizardır?Yenə yar məhləsi yarsız qalıbdır.

Dərdlidir can verən eşqin səsi də,Yaralı şahinin son nəğməsi də.Vaxt olub, ən uca dağ zirvəsi də,Gündən busə içib, qarsız qalıbdır.

Mən onu yaşatdım sözdə, şeirdə,Güman yox üzünü görməyə bir də...Onun son ləpiri düşdüyü yerdə,İslam kimi etibarsız qalıbdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq