Yol üstündə gül kimiBitmisən ay Mərəzə.Demə, nəzərimizdənİtmisən, ay Mərəzə.

Sübh çağı, səhər erkən,Maşınla keçəndə mən,Bir torağay olub sənÖtmüsən, ay Mərəzə.

Nə qəm yeyib, nə inlə,Məni ürəklə dinlə.Yol gedəndə mənimlə,Getmisən, ay Mərəzə.

Nə deyim bu halına,Aşiqəm cəlalına.İslam tək vüsalınaYetmisən, ay Mərəzə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri