Qənbər Hüseynli bəstələmişdir

Sən gözəl ömrümün baharı, yazısan,bu sevən könlümün söhbəti, sazısan.

Qoy dönüm, dolanım başına yar, sənin!düz əhdin, düz eşqin, düz sözün var sənin.

Gül, danış fərəhlə, qoy gülək, sevinək,hər sözün, söhbətin əzizdir canımtək.

Bir hicran, bir ağrı görməsin qəlbimiz,bu gözəl dövranda sevilək, sevək biz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq