Lirik parça
Sevda İbrahimova bəstələmişdir
Salsa kölgəsini yollara bulud,yanından ötsə də, sən məni yad et.
Günəşi ağ bulud, ya qara buludbir anlıq örtsə də, sən məni yad et.
Qulağın qəfildən bir səsə düşsə,o, mənim səsimdi, sən məni yad et.
Səhərin mehiylə alnın öpüşsə,mənim nəfəsimdi, sən məni yad et.
Alışıb yanacaq üfüqdə könlüm,o yolda, o izdə sən məni yad et.
Nə qədər səhər var, Günəş var, gülüm,dünyada mənsiz də, sən məni yad et.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-lirik-parca
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi
Qəzəl: Xudaya, mən düşən dərdə sən əğyarı giriftar etXudaya, mən düşən dərdə sən əğyarı giriftar et,Mənim tək yar yanında, xudavənda, onu xar et