Sənin göz yaşınla,sənin gülüşünhərəsi dünyanın bir çalarıydı.Biri – kölgəsiydi, biri – Günəşi,kölgədə üşüyüb gündə yanırdım.

Göz yaşı – bir qadın çağırışıydı,kişilərdə kişiliyə çağırış.Gülüşün bir qəlbin yaz yağışıydı,yaşamaq eşqiydi bəlkə bu yağış?!

Dilində şikayət, amma gülürdün,necə qərar tutub od buz içində?!Köhnə divar kimi hey sökülürdün,daş bina kimiydin sən toz içində.

Dünya şirin idi, acı deyildi,acılar, şirinlər necə təzəydi!Göz gözün sirrini açıb deyirdi, –biri o birinin xəbərçisiydi.

Bilmədim, bu yaşda nəydi günahım,qarşımda bu gülüş, göz yaşı nəydi?Pənah gətirmişdin, mənə, pənahım! –Bəlkə bu taleyin son töhfəsiydi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri