زدی چو در دلم آتش مکش چو شعله سر از منچو شمع سوختنم بین مباش بی خبر از من

Yaxıbsan qəlbi, barı şölə tək gəl çəkmə sər məndən,Nəzər qıl, şəm tək yannam, sən olma bixəbər məndən.

نشان عشق تو سوز دل من است می سوزمچنان که هیچ نماند نشان ز تو اثر از من

O eşqindən nişan bircə mənim bu suzi-qəlbimdir,Elə yannam ki, qalmaz heç nişan səndən, əsər məndən.

مرا چو سوختی از بردن دلم حذری کنمن آتشم چه رسانی بدامنت شرر از من

Məni yandırdığın dəmdə, saqın, bu qəlbə əl vurma,Alışmış atəşəm, qorx ki, olarsan şöləvər məndən.

جز این که منع ز نظاره جمال تو کردمچه کرده ام که بگرداند روی چشم تر از من

Dedim bu çeşmi-giryanə o hüsnə baxmasın bir də,Nə etdim bundan özgə, döndərir üz çeşmi-tər məndən?

مرا ز خواری از آن بیش شد الم که مبادابخواریم نگرد یار و کم کند نظر از من

Mənim xar olmağımdan artdı qəm qəlbimdə, qorxdum ki,Görüb xar olmağı yarım, kəsə bir az nəzər məndən.

بنیستی شدم آگه ز سر درج دهانتگمان نبود مرا هم که آید این هنر از من

Dəhanın sirrini bildim, mən oldum yoxluğa agah,Güman etməzdi heç kəs kim, gələr böylə hünər məndən.

Məqtə — şairin təxəllüsü olan son beyt. براه عشق فضولی اگر چه آمده مجنوننبوده بیشتر از من نرفته بیشتر از من

Məqtə — şairin təxəllüsü olan son beyt. Gəlibdirsə rəhi-eşqə, Füzuli, binəva Məcnun,Deyildir məndən artıq o, deyildir mötəbər məndən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq