Eşq ətvarın müsəlləm eylədi gərdun mana
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Eşq ətvarın müsəlləm eylədi gərdun mana,
Bunca kim, yıldı-yügürdü, yetmədi Məcnun mana.
Qıldı məndən rəf təklifi-namazi məstlik,
Saldı ancaq nəşeyi-cami-meyi-gülgun mana.
Bağiban, gər meyl qılman sərvini, məzur tut,
Sərvdən yeyrək gəlir ol qaməti-mövzun mana.
Dustlar, qan-yaş töküb qıldı məni rüsvayi-xəlq,
Vəh ki, düşmən çıxdı axır dideyi-pürxun mana.
Olmazam, hər qanda kim olsam, giriftar olmadan,
Bir bəladır göz, bir afətdir dili-məhzun mana.
Ey Füzuli, navəki-ahimlə aldım intiqam,
Dönə-dönə gərçi bidad etdi çərxi-dun mana.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-esq-etvarin-musellem-eyledi-gerdun-mana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sanki o gecəm gündüz ilə oldu bərabər.
Zənn qılma gözlərimdən ləxtə-ləxtə qan damarVurduğun oxlar yerindən qanım, ey canan, damar.
Könül bir dəm gözün rüxsarinə, ey nazlı yar, açmazKi, seyli-əşki rəşkindən üzə biixtiyar açmaz.
Nə yaxşıdır nəzərimdə o gülüzarın olaVerən ziya gözümə arizi-nigarın ola.
Başqa şairlərin şeirləri
Nə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
چهره با جمال تو، مایه دهد جمال راغبغب چون هلال تو، بدر کند هلال را
Cahan bağında, ey bulbul, Nigari kimi yar olmazCahan bağında, ey bulbul, Nigari kimi yar olmaz,Mənim tək sinəsi gul-gul bulunmaz, dağidar olmaz.
Dəli könül, səndə nələr dolanırDəli könül, səndə nələr dolanır,Biri qışdı, biri payız, biri yaz.