Eyş üçün bir türfə mənzildir bahar əyyamı bağ
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Eyş üçün bir türfə mənzildir bahar əyyamı bağ,
Onda tutsun qönçəvəş hər kim ki, eyş istər otağ.
Qönçələr açıldı, seyri-bağ edin, ey əhli-dil
Kim, gülüb güllər könüllər açılan çağdır bu çağ.
Səndən, ey bülbül, füzundur məndə möhnət fəsli-gül,
Sənsənü min tazə gül, hala mənü min tazə dağ.
Bağə sərvim gəldigin bilmiş səhərdən şaxi-gül,
Rövşən etmiş rəhgüzari üzrə hər yan min çirağ.
Çəksələr zəncir ilə gülzarə getmən kim, mənə
Sünbüli-zülfün fəraqından müşəvvəşdir dimağ.
Mövsimi-güldür, vəli getmən çəmən seyrinə kim,
Rovzeyi-kuyin mənə ol seyrdən vermiş fərağ.
Məhrəm olmaz rindlər bəzminə mey nuş etməyən,
Ey Füzuli, çək ayaq ol bəzmdən, ya çək əyağ.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-eys-ucun-bir-turfe-menzildir-bahar-eyyami-bag
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey bivəfa ki, adət olubdur cəfa sana,Billah cəfadır, olma demək bivəfa sana.
Ey əsiri-dami-qəm, bir guşeyi-meyxanə tut!Ey əsiri-dami-qəm, bir guşeyi-meyxanə tut!Tutma zühhadın müxalif pəndini, peymanə tut!
Ey kəmanəbru, şəhidi-navəki-müjganinəmEy kəmanəbru, şəhidi-navəki-müjganinəm,Bulmuşam feyzi-nəzər səndən, sənin qurbaninəm.
Ey könül, yarı istə, candan keçEy könül, yarı istə, candan keç,Səri-kuyin gözət, cahandan keç!
Başqa şairlərin şeirləri · Mey və meyxana
Mey nuri cilvə eylədi cami-bülurdən,Cami-büluri gör ki, ləbaləbdi nurdən.
Billəm ki, edər axir ol nərgisi-məstanəBilləm ki, edər axir ol nərgisi-məstanəBu aşiqi şeydanı Məcnun kimi divanə.
Əz qeylü qal mədrəsə xoşdur ki, olsa durƏz qeylü qal mədrəsə xoşdur ki, olsa dur,Ey dil, həzər qıl onda ki, yoxdur sana qüsur.
Ey könül, qızıldan qədəh istəməmSaxsı piyalə ver, yox olsun bu qəm.