با تو وصلم شب نوروز میسر شده بود
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
با تو وصلم شب نوروز میسر شده بودشبم از وصل تو با روز برابر شده بود
Vəslin mənə novruz, gecəsi oldu müyəssər,Sanki o gecəm gündüz ilə oldu bərabər.
همه شب تا بسحر خنده تو می کردی و شمعسوختن بر من و پروانه مقرر شده بود
Güldün gecəni sübhə kimi şəm ilə, ey yar,Yanmaq mənə, pərvanələrə oldu müqərrər.
می گشودم گره از زلف تو وین بود سببکه هوا مشک فشان خاک معنبر شده بود
Ud yandı həssədən ki, neçin bəzmimi ətrinEtmiş sənin, ey qönçədəhən, böylə müəttər.
داشت خلوتگهم از روشنی شمع فراغکز فروغ مه روی تو منور شده بود
Açdım saçını, vardı səbəb, nazlı nigarım,Müşk ətrin ilə doldu həva, oldu müənbər.
در بساط طربم با قلم دولت وصلنقش هر کام که بایست مصور شده بود
Saçmışdı çıraq mənzilimə nurunu, lakinSən gəldin, ay üzlüm, otağım oldu münəvvər.
عود در آتش رشک طرب من می سوختکه دماغم بهوای تو معطر شده بود
Şadlıq mənə üz verdi vüsalın qələmilə,Qəlbimdə hər arzum var idi, oldu müsəvvər.
Məqtə — şairin təxəllüsü olan son beyt. بود بزم طربم دوش فضولی چمنیکه مرا هم نفس آن سرو سمنبر شده بود
Məqtə — şairin təxəllüsü olan son beyt. Dün bəzmgəhim bir çəmən olmuşdu, Füzuli,Dildarım idi çün mənim ol sərvi-səmənbər.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-128
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözümün pərdəsidir pərdeyi-xaki-qədəmin.
Halım hər an sənin eşqində digərgun olmuşŞərh edim halımı, bir gör necə məhzun olmuş.
Bağlayıb qəlbimi geysuyi-xəmi-pürşikəninQalacaqdır, məni öldürsən, adın qanlı sənin.
Səndən, gözəl, yaxşılıq şivəsini bilən büt yoxdurElə bir pəriüzlü ki, məni sənin əlindən qurtara yoxdur.
Başqa şairlərin şeirləri · Eşq
Ta keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Ey gözüm, vermə könül bu gözü xummarılərəEy gözüm, vermə könül bu gözü xummarılərə,Olma mayil bu qara qürrəli dildarlərə.
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.