ای طربخانه دل خلوت سلطان غمتپرده دیده سراپرده خاک قدمت

Könlümün şadlığıdır, qəlbimə sultandı qəmin,Gözümün pərdəsidir pərdeyi-xaki-qədəmin.

وعده داد مرا ماه من امشب ای صبحبخدا گر همه صدقست نگه داردمت

Vədə vermiş bu gecə ay kimi yarım, ey sübh,Tez açılma, səni tanrı, bizə göstər kərəmin.

بعلاجی دگرم حال مگردان که مراساز کارست بسی شربت ذوق المت

Qəlbimin dərdlərinə başqa əlac eyləmə gəl,Mənə çox faydalıdır şərbəti-zövqü ələmin.

سزد ار دم زند از سلطنت روی زمینخاکساری که بود گرد حریم حرمت

Məncə layiqdi bütün yer üzünə şahlıq edəOlsa hər kimsə əgər məhrəmi-xaki-hərəmin.

نفسی نیست که در رشته جانم گرهینفتد از شکن سلسله خم بخمت

Bir dəm olmaz ki, düyün vurmaya can riştəsinə,Qəlbimi eyləmiş aşüftə o geysuyi-xəmin.

گریه در دیده ز بیداد تو آبی نگذاشتعذر خواه کمی ماست کمال کرمت

Qalmadı göz yaşımız gözdə sənin zülmündən,Bizi əfv eyləyə bəlkə bu kəramət qələmin.

Məqtə — şairin təxəllüsü olan son beyt. می کند منع تو از قتل فضولی اغیاراین چه ظلم است بران کشته تیغ ستمت

Məqtə — şairin təxəllüsü olan son beyt. Qoymur əğyar Füzulini vurub öldürəsən,Nə yaman zülm çəkir gör bu şəhidi-sitəmin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri