نمی دانم چه بد کردم چرا رنجید یار از منکه افکند از نظر برداشت چشم اعتبار از من

Nə etdim bilmirəm yarə ki, küsdü nazlı yar məndən,Gözündən düşmüşəm yarın, kəsibdir etibar məndən.

مگر از خاکساریهای من کردند آگاهشکه بنشستست بر آیینه طبعش غبار از من

Xəbərdar etdilər yoxsa onu xak olduğumdan ki,Tutubdur qəlbinin ayinəsi bunca qübar məndən.

نسودم بر کف پای لطیفش خار مژگان راچه باشد موجب رنجیدن آن گل عذار از من

Batırmam xari-müjganı nigarın gül ayağına,Nədən bəs oldu rəncidə yenə ol gülüzar məndən?

ازو این زهر چشم و چین ابرو نیست بی وجهیادای ناخوشی سر زد مگر بی اختیار از من

Çatılmış qaşları yarın, deyildir hiddəti bica,Güman ki, baş verib bir bəd əməl biixtiyar məndən.

زنم سر بر زمین هر جا روم چون آب زین غصهکه دامن می کشد آن سرو می گیرد کنار از من

Su tək qəm-qüssədən daim axıb torpağa baş vurramKi, sərvim döndəribdir üz, qalıb böylə kənar məndən.

بدادم جان نکردم یار را رسوا بشرح غماگر می بود مجنون زنده می آموخت کار از من

Ölüb getdim, nigarı şərhi-qəmlə etmədim rüsva,Diri olsaydı gər Məcnun, olardı şərmsar məndən.

Məqtə — şairin təxəllüsü olan son beyt. فضولی کرد سرگردان مرا بی ماه رخسارینمی‌دانم چه در دل داشت دور روزگار از من

Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, oldum ol məhparəsiz aləmdə sərgərdan,Nə istər, bilmirəm axır, bu dövri-ruzigar məndən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq