Aysel, Gülsel, İmamətÜç bacıdı – qiyamət.Köynəkləri – bəzəkli,Lentləri – kəpənəkli,

Corabları qotazlı,Gülsel – düyməağızlı.İmamət – Çin gözəli,Aysel – elin gözəli.Qaçırlar, oynayırlar,Həyətdə qaynayırlar.

Atası dedi: gedək,Qızları çimizdirək.Gülsel bir az ağladı,Hamını qabaqladı.Aysel qaçdı birtəhərİmaməti gördülər.-İmamət, qızım, gedəkEvdə çim-çim eyləyək.Ayseli də aparaq,Gülseli də aparaq,Evdə çimin, qayıdaq.İmamət hönkürdü bərk,-Ayseli tapın, gedək!Aysel bağda gizlənib,Lap qıraqda gizlənib.Guya heç kimi görmür,Ayseli tapmaq olmur,Tapıb aparmaq olmur.Bibi, nənə çağırır,Ata yenə çağırır,Toyuq-cücə çağırır,Pişik, sərçə çağırır,Xoruz da quq-qulu-qu, –Aysel deyir yolboyu.İmamət hönkürür bərk,-Ayseli tapın, gedək!

Ayseli axtarırlar,Tapırlar, aparırlar.

Üçü verib əl-ələ,Gedirlər gülə-gülə.Bir-birini sevirlər,Bacılar sevinirlər.Aysel, Gülsel, İmamətÜç bacıdı – qiyamət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri