kalmık xalq nağılı əsasında

Keçmişlərin birində,yaşayıb kənd yerindəiki dost, iki qonşu:Xoruzla Tovuzquşu.

Xoruz – bərli-bəzəkli,Xoruz – ipək lələkli.Gün çıxanda lələklərsimu-zərdi, simu-zər!Gün batanda lələklər,tutulardı bir qədər.Ay çıxanda lələklər,görünərdi təzə-tər.Ay batanda lələklərparıldardı bir qədər.

Lələyini görənlər,bəzəyini görənlərgözəl Xoruz deyərdi,Qızıl Xoruz deyərdi.Budaq üstdə budağı,

evə girsə, otağı,yerdə yeri bəzərdi,Xoruz rahat gəzərdi.Tovuzquşu bir axşamgəldi: – A qonşu, salam!Lələklərin təzə-tər,Mat qalıbdı görənlər.Bir günlüyə ver, geyim,Yoxdu başqa bir şeyim.Bir qonaqlıq var, səhər,getməsəm, inciyərlər.Tanıyırsan sən məni,çağır, geciksəm məni.Xoruz verdi lələyi,verdi bəri-bəzəyi.Tovuzquşu bəzəndi,Altdan-üstdən düzəndi.Çıxdı çölə-çəmənə,Baxın, – dedi siz mənə!Çəmən baxdı vuruldu,Sular baxdı duruldu.Yollar baxdı, keç dedi,Sular – məndən iç dedi.Kölgə saldı budaqlar,söyüdlər və iydələr...

Xoruz qalxdı bir səhər,gözlədi: sabah gələr.Çağırdı: quq-qulu-qu!..Gəlmədi Tovuzquşu.Xoruz qalxdı obaşdan,sökülməmiş hələ dan.çağırdı: quq-qulu-qu!..gəlmədi Tovuzquşu.Xoruz axşam düşəndə,hay-haray saldı kəndə,

çağırdı: quq-qulu-qu!..Gəlmədi Tovuzquşu.

Oldu pipiyi al qan,indiyəcən o vaxtdanxoruz hər gün üç dəfə,səs salır hər tərəfə.Çağırır: quq-qulu-qu!..Gəlməyir Tovuzquşu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri