Qarşımda ən zəngin bir kitabxana,Hər yerdə səliqə-sahman durubdu.Rəfdə oxunmamış neçə sənətkar,ortada oxumuş nadan durubdu.

Böyük bir sevincdi hər kiçik əsər,hər roman bir ordu, hər söz bir əsgər.Arxada Füzuli, Vurğun, Ələsgər,qabaqda bəzəkli güldan durubdu.

Yığıb var xətrinə, dövlət xətrinə,deyib söz xətrinə, sənət xətrinə.Bəlkə mən dinməzdim hörmət xətrinə,neyləyim, arada vicdan durubdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri