Yaşa, hayıfsan
Bir gözəl qadına heyran qalmışam,sağ ikən, ölənə həsəd çəkirdi.Saranın adını şerə salmışam,oxuyub gizlində o dərd çəkirdi.
Qalan bədbəxt imiş, ölən bəxtəvər...özü öz oduna qalandı yazıq.Yerində deyibdi Aşıq Ələsgər:“Ölən də yazıqdı, qalan da yazıq”.
Təzədən qılıncı daşa da çaxsan,onu nə oyadar, nə də tərpədər.Sən yaşa dünyada,yaşa, hayıfsan,bir günün sağlığı yüz şerə dəyər.
Mən sənə nə deyim, canlı şeirsən,gülüşün çoxuna xoş olub yəqin.Məhəbbət əsiri, eşq əsirisən,qabağına çıxan daş olub yəqin.
Məhəbbət qaranquş yuvası qurur,o da ilham kimi qısqancdı, gülüm.Məhəbbət – ürəkdən ürəyə yoldur,ürək də ürəyə möhtacdı gülüm.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-yasa-hayifsan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Həmşirəzadəm için*Kədərli, sisli bir aqşamdı, ağlıyordu səma;
Qasım bəy ZakirəZakira, eşitdim təzə bir xəbərHəqiqətdə qoydu məni xeyli mat
Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsünSöylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün,Gəlsə, düşər bu dəştidə dərdü bəlayə, gəlməsün.
Həsrətli qarıKürdüstan dağları döşündə bir yol,Bir yol ki, upuzun, bir yol ki, qıvrıq,