Mən
Kimsə salam verdi mənə rəhm ilə,Allahın nə yazıq bəndəsiyəm mən.Tüstüsüz yandım mən odlar içində,təndirin küt gedən kündəsiyəm mən.
Məndən inciməsin dostlar, tanışlar,daha yadlaşıbdı doğma baxışlar.Ey əsən küləklər, yağan yağışlar,tökülün üstümə, dözəsiyəm mən.
Yatır süfrəmizə çörək gətirən,ailə yükünü təkcə götürən.Mən boynu büküyəm, o köks ötürən,Yeganə arxası, kimsəsiyəm mən.
Qadındır hər evin isti nəfəsi,qadın anadırsa – yoxdur əvəzi.Ağırdı ananın ağır xəstəsi.Atayam, ananın xəstəsiyəm mən.Bəlkə bədbəxtlərin təzəsiyəm mən.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
...müğənni restoranda pişiyinə ad günü keçirirdi*Qəzetlərdən*
Hacının qızıGörkəmli filosof, professor Camal Mustafayev kübar qadın Sara xanıma universitetdən aldığı maaşdan yardım əli uzatmış, bunun üstündə təqib edilmişdir.*Müəllif*
Bir şeir oxudum... mənim şerimiBir şeir oxudum... mənim şerimidinlədi sonuncu misraya kimi.
VarÇıxmaz, çıxa bilməz də bu adət başımızdan.*M.Ə.Sabir*
Başqa şairlərin şeirləri
Ey əzizim, xələfim, mayeyi-izzü şərəfim, ruhi-rəvan, munisi-can, tabü təvan,tazə cəvanım ki, on ildən bəridir ömri-giranmayəmi, yalqız demirəm dinimi,
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.