Hacının qızı
Görkəmli filosof, professor Camal Mustafayev kübar qadın Sara xanıma universitetdən aldığı maaşdan yardım əli uzatmış, bunun üstündə təqib edilmişdir.Müəllif
Hacı bu millətin əl tutanıydı,çörək verəniydi, oxudanıydı.Millət atasıydı millətin oğlu,indi sahib çıxır hər itin oğlu.
Əl tutan olmadı dünən, qızına,“küçələr qızı”na dönən qızına.İndi heykəl qoyub deyirlər: Yaşa!millət hörmətini bildirir daşa,Qızını öldürüb, daşa əl çalır,tarix Zəmanəyə məəttəl qalır.
Əlində çamadan görmüşdüm onu,Hacı atasının sənədləriydi.Vətən tanımırdı vətən oğlunu,boynu sınmışlara boyun əyirdi.
Kürsüdə keçmişdən dad çəkir millət,yadıma Hacının o qızı gəlir.Öldürüb, fəxrlə ad çəkir millət,baxıram, özümə yazığım gəlir.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-hacinin-qizi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bulaq suyu, nə sərinsən, nə ətirli bir dadın var,Nə bir qulluq eləyənin, nə də məşhur bir adın var.
Xaricilər“Daşkənd” mehmanxanası...gəlir növbətçi rəis:
NikolayHeykəli önündə donub qaldım mən,hirsimdən beynimə sıçradı qanım.
Vaxt gəlirDilimi susdurub dillər tökürsən;yorulmur, maşallah, səndə çənə var.