“Daşkənd” mehmanxanası...gəlir növbətçi rəis:– Xaricilər gələcək,boşaldın otağı siz.Boşaldın...– Mən, axı mən...sözüm ağzımda qalır.Gedir növbətçi rəis,bir başqası zəng çalır:– Boşaldın otağı siz.Xaricilər...

Boşaldaq.Bəli, qonaqpərvərik,onların olsun otaq.Bəs biz?Biz özümüzük,keçinərik birtəhər.“Boşaldın, xaricilər...”

Ən gözəl otağımız,ən isti yatağımız,çörəyimiz, yerimizxaricilər üçünmüşdemək ki, yoldaş rəis!Mən dünən cəbhələrdətökəndə al qanımı,səngərdən səngərlərəsürüyəndə canımıbilməzdim heç doğrusu

xaricilər üçün sən,mənə çıx, – deyəcəksən –öz pulumla qaldığımüçnəfərlik otaqdan.Bilməzdim mən o zaman.Mən xarici olsaydım,qalardım demək... nə var, –təzim, hörmət, əyilməkvə nələr...eh, yazıqlar!Qorxuram, sabah səni,ya başqa bir rəisigöndərib deyələr ki:xaricilər gəlibdi,boşaldın,evinizi...sonra da ölkənizi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri