Gül bir az
Ələkbər Tağıyev bəstələmişdir
Mən bilirəm xatirinə dəyiblər,unut, mənim xatirimə gəl bir az.İşdə sənə nə deyiblər, deyiblər,evə gəldin, danış bir az, gül bir az.
Bu dünyanın nadanı var nə qədər!Ürəyində nə qəm olsun, nə kədər.Torpaqdan da az tapılır incilər;qızıl bir az, almaz bir az, ləl bir az.
Söz var, desən köçürülər, yazılar,söz var yaxşı, söz var yaman yozular.Ürəyimiz yaralanar, pozularöz sözünü bilməyəndə dil bir az.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-gul-bir-az
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xalq artisti Əminə Yusifqızına*Gör necə qarışıb qəmim qəminə,
XoşbəxtlikSən mənim dərdimsən, dərdi çəkəllər,bir yolda gözlərəm mən yüz yol səni.
İçimdəÜzümü xoş görüb, xoşbəxt deyirsən,ağrı içimdədi, yara içimdə.
Sən Nəriman deyibsənMənim evdən, mənim işdən qaçanım,kimə doğru, kimə yalan deyibsən?