Sən Nəriman deyibsən
Mənim evdən, mənim işdən qaçanım,kimə doğru, kimə yalan deyibsən?Ziyarətin qəbul olsun, əzizim,gedib orda mənə qurban deyibsən.
Qəsd elədim mən özüm öz canıma,tək qoymadın, gəlib-getdin yanıma.Düşmənlərim susayanda qanıma,can yandırıb sən mənə “can” deyibsən.
El deyəni, el qoruyub, el tutub,köməksizi yağış döyüb, sel tutub.Atasıza ata kimi əl tutub,anasıza mənəm anan, deyibsən.
Ürək dostum, ürəyimə dəyiblər,əyilənlər əyilməzi əyiblər.Haq şairi indi kimdi deyiblər? –Çaşmayıbsan, sən Nəriman deyibsən.
İyun, 1997Şüvəlan, xəstəxana
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-sen-neriman-deyibsen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
riyaziyyatçı alim*Şekspir ovsundu şəksiz-şübhəsiz,
Bakıda “Yaşıl bağ” xəstəxanası və onun hasarıBir addım var arada,amma əsl möcüzə.
Lalə Rasim qızına“Nabat xalanın çörəyi” əsərinin oxucusuna*Nəriman əmiyə qılınc al, ata,
İstiqlal laylasıOtuzillik qonşum şair Əli Tudənin ölümündən*sonra dünyaya bir oğul nəvəsi gəldi. Bir axşam*
Başqa şairlərin şeirləri
Bir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
OluramUzaq yoldan gələn yarım,Yoluna qurban oluram,
Ver xəbər (Qaranı)Qul Qaranı:*Bizi yoxdan var eyləyən ol sübhandan ver xəbər,