Xalq artisti Əminə Yusifqızına

Gör necə qarışıb qəmim qəminə,ixtiyar sahibi, biixtiyarsan.Mənim yazdığımı oxu, Əminə,mənim yandığımı demə, yanarsan.

Mənə demişdilər dünya işıqdı,yenə yolum uzaq, səbrim az oldu.Mənim ki, bu qədər alnım açıqdı,niyə alın yazın oxunmaz oldu?!

Sənin pıçıltında bir etiraz var,bir göy gurultusu, bir leysan bulud.Sözü sükutla da anlatmaq olar, –təki söz söz olsun, sükut da sükut.

Bir sevda yoludu könül təsəllim,kimə tanıdırsan divanə məni?!Külə döndüyümü görəndə bildim,necə yandırıblar Əminə, məni.

23.01.2001

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri