Düşüncə var – şirin olur,Düşüncə var – acı olur.Bəzən onlar bir ürəkdə –Qardaş olur, bacı olur.

Gözəl gəlin, dünya nəydi,Acı-şirin olmasaydı.İnsan insan olardımıBulud kimi dolmasaydı?

Nə yollara göz dikmisən,Nə dənizdən gələnin var.Bəs neçindir qəlbindəki,Qəmli, həzin pıçıltılar?..

Saf çöhrəndə bərq vurduqca,Günün şövqü, ayın nuru –Sən anları əridirsən,Gözlərində ər qüruru.

Sevgilini görməyirsən,Buludlardan yuxarıdı.Onu bizdən alıb gedən,Nə yel, nə çay axarıdı..

İndi onu düşünsə dəMilyon gəlin, milyon ürək.Ulduzların arasında,O da səni düşünür tək.

Gözəl gəlin, çatan kimiYarın zöhrə ulduzuna –Xoş müjdələr gətirəcəkGöy qızından, yer qızına!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar