Nə o dindi, nə də mən...
Yada düşdü ülkər gözlüm,Könlüm quşu ucar oldu.Axır gəlib yar mülkündəBir sevdaya duçar oldu.
Bir dan üzü yola çıxdım,Hər qayaya, daşa baxdım.Buz bulağın aynasınaBirdən yarla qoşa baxdım.
Xar bağlayar quzeydə qar,Güneylərdə lalə gülər.Mən yarımı bir yaz günüBurda sevdim səhər-səhər.
Nə o dindi, nə də mən...Cənə döndü ahımız.Yaşıl meşə, göy çəmən,Oldu seyrangahımız.
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-ne-o-dindi-ne-de-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Mürəbbe: Qanlı fələk, səndən şikayətim var
Qanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
قاعده ای نهاد خوش حسن تو باز در جهانعشق تو زد سه نوبه ای بر در دار ملک جان
Eşq atəşi can yıxıyorEşq atəşi can yıxıyor,Ürəkdən qanlar axıyor.
Sirlər xəzinəsi, fəsil 18Bir dəfə öz tayının dalınca gəzdirib gözİki-üç munisilə danışdı iki-üç söz,