Qartala əzizdir əngin səmalar,Ucalıb şövq ilə o, qanad çalar.Mavi göy ünvandır, vətəndir ona.Sadiq övlad kimi girər qoynuna.Qırpılmaz bir an da iti gözləri,Toxunar yad kölgə onun şəstinə.Bir qara nöqtəyə dəysə nəzəriYığıb qanadını süzər üstünə.Şimşək çaxışına bənzər bu uçuş,Düşər vahiməyə görsə hansı quş.Dartılı yayından qopmuş ox sanar,Gözünü açmamış tükü tozlanar.İşdir, təyyarə də çıxsa önünə,Qartal tərəddüdsüz şığıyar yenə,Şığıyar mərmitək, geriyə dönməz –Ölüm nicat kimi görünər ona,Bu vətən şövqüdür, sönməz ki, sönməz,Göydə məşəl olar o, yana-yana...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən