Səhifə 1 / 3

Əhvalat vaqe olur Bakıda, “Kommunist” qəzeti idarəsində. Səhər alaqaranlıqda. Pərdə açılınca səhnədə kimsə görünmür. Tərcüməçilər otağının açıq pəncərəsindən qatışıq bir taqım gurultular eşidilməkdədir.

Səhnəarxasındansəslər. Yaxşı alma! Yaxşı alma! Yablok X o roşi! Taza kök, isti qutab! Ay uşaq, milis gəlir! Isti noxud! Adə, milis gəldi... (Bu qarışıq gurultular oyunun sonunadək mütəmadi davam edir).

Bu aralıq geniş kürəkli bir tatar arvadı şotka və xəkəndaz ilə içəri girir və ağzında
mızıldanaraq, otaqları süpürməyə başlayır. Ardınca çiynində süd
vedrələri asılı olmaq üzrə bir rus qadını girir.

Südçüqadın. Tovariş Aqakişiyev zdes?

Şəmsülnisa. Yoxdur, yoxdur... Neto!

Südçüqadın. Seqodnya u vas poluçka?

Şəmsülnisa. Neto, neto...

Bu aralıq NemətBəsir bir ayağının çəkmə corabı əlində olaraq və cilitkəsinin
düymələrini keçirərək, içəri girir. Açıq qapıdan görünən ikinci otağa girib
geyinməyə başlayır. İçəri otaqdan dəhşətli bir gurultu qopur.

Əhməd. Çortovoy materi... Bərbad ediblər. Ali! Məmmədəli!

Əhməd Bədi yataqdan sərasimə qalxmış bir vəziyyətdə bir ayağında
nəleyin, o biri ayağı yalın və əynində təkcə bir köynək, əlində bir qəzet
(Fransın əlində şamdan olaraq çıxdığı kimi) bir həyəcanla qapıları
çırparaq və öz-özünə söykənərək, içəri girir.

Əhməd. Çortovoy materi! (Nəhayət, Neməti görüncə acıqlı bir səslə) Nerdə bu adamlar?

Nemət Bəsir (ölgün bir sakitliklə). Bilmirəm. Gəlməyiblər.

Əhməd. Bərbad etmişlər. Xalturşiki. Ali! Azim! Məmmədəli! Çortovoy materi! (deyə söylənərək, o biri otağa girirkən bir nəfər rus qadını onunla qarşılaşır.)

Rusqadını. Tovariş, qde vaş sekretar qazetı?

Əhməd. A şto?

Qad ın. Sekretar, sekretar!

Əhməd. Ya! Nu?..

Qad ın. A tovariş Aqakişiyev? Slovom, seqodnya u vas poluçka budet!..

Əhməd. Ne znayu, nu!.. (O biri otağa keçir və mütəmadiyən səsi eşidilir.) Ali! Məmmədəli! Yəqub! Akif! Fatma! Azim! Çortovoy materi! Bərbad ediblər.

Tamara Dmitriyevna qoltuğunda bir yığın qəzet içəri girir və tez soyunub peçə doğru
qaçır.

Tamara Dmitriyevna. Opyat ne qorit! Pryamo bezobraziye (Pudramudrasını çıxarıb boyanmağa başlayır.)

A k if (əlində bir stəkan çay və yarım çörək olaraq içəri girir; otaqları gəzdikdən sonra Nemətə yanaşır). Heç kəs gəlməyib (deyə keçir və otaqları gəzib kimsəni görmədiyindən Nemətin yanına qayıdır.) Xəbərin yoxdur ki? Axşam burada qiyamətdi!

Nemət (soyuq bir maraqla). Yox. Nolubdur?

Akif. Gecə bir qiyamətdi ki, səkimizin üstündən iki piyan urus keçirdi. Hələ qapımıza çatanda birdən biri valayladı, qapımıza toxundu. Az qalmışdı yıxılsın. Sonra gördü mən baxıram, düz getdi.

Əzim kamali-səliqə ilə içəri girib, şeylərini qoyur və əlləri cibində otaqları
gəzməyə başlayır və Nemət Bəsirə yanaşaraq.

Ə z im. Nemət! Spişkə varındır, bir-iki dənə ver. Köpək oğludur yalan deyən, göndərmişəm, hindi gətirərlər, verərəm sənə.

Ak i f. Əzim! Yallah, yallah! Xəbərin yoxdur ki? Axşam qiyamətdi. Küçədə iki piyan urus keçirdi. Biri vayladı, qapımıza dəydi. Gördü mən baxıram, düz getdi.

Ə z im. Yağın o nisyə içib... Görəsən bu gün pul verəcəklər? Pryamo

bezobraziye. Şopenğauer yaxşı deyir ki, adamın pulu olmayanda iştahası da olmur. Səhər-səhər çay içməmiş gəlmişəm. O arvad hanı? Şəmsülnisa! (Çağırır.)

Ak i f. Ay Əzim! Bu Şopenğauer hansı kitabda deyir?

Ə z im. Köpək oğludur yalan deyən. Get oxu da. Nəyə gülürsən? Hi... hi... sən malçişkasan, yumurtadan dünən çıxmışsan.

Cavadlı içəri girib oturur. Akif onun yanına qaçır.

Ak i f. Oho! Yallah, yallah! Xəbərin yoxdur ki? Qiyamətdir. Əzim deyirdi Şopen... nə bilim nəmənə, nəmənə. Deyir ki, adam acıyanda iştahası olmur. Dedim ay Əzim, bu harada yazılıb? Cinləndi. Qiyamətdir. Hə, xəbərin yoxdur ki? Axşam iki piyan urus keçirdi...

Nemət. Cavadlı, materialı gətirdin?

Ca vadlı. Yox, hələ bundan sonra tərcümə edəcəyəm.

Abdulla Şərifov içəri girir və Cavadlıya yanaşaraq.

Şərifov. Ha. Cavadlı, şübhəsiz gəlmişsiniz. Bu balaca bir materialdır. Şübhəsiz, iqtibas təriqilə bir neçə sətir çıxararsınız, ha...

Ca vadlı. Ay Abdulla əfəndi, burada səkkiz yüz sətir materialdır; balaca harasıdır?

Şərifov. Ha. Şübhəsiz, iqtibas təriqilə...

Ə z im. Bu gecə kim idi? Ştrezemanın altında yazıb çinli qadın, çinli qadının şəklinin altında Ştrezeman.

Qəzet əlində o biri otağa gedir, o biri qapıdan Məmmədəli əlləri
pencəyinin cibində içəri girir.

Məmmədəli. Qeyd nömrəsi burdadır.

A k if (qaça-qaça gəlir). Adə, vaxsey, vaxsey... Xəbəriniz yoxdur ki? Qəzetin atasını yandırıblar. Kişi altına arvad qoyublar, arvad altına kişi! Kişi şəklinin altına arvad adı, arvad adı altına kişi adı çıxıb. Vaxsey, vaxsey! Hindi Əhməd qiyamət qoparacaq!...

Məmmədəli. Hanı o qəzet? Yəqin genə sterotipçi kefli imiş, şəkilləri qatışdırıbdır.

Bu vaxtadək gələn adamların hamısı otağın bir qapısından girib o biri
qapısından çıxırlar. Çadralı bir qadın içəri girir.

Qad ın. Ay qərdəş, burda kimə şikayət eləyirlər?

Ca vadlı. Nə şikayət?

Qad ın. Mənim kişim gedib bir başqa arvad alıb. Indi...

Ca vadlı. Yaxşı, o biri otağa gediniz. Əməkçi şöbəsinə. Gəliniz göstərim...

Durub qadının qabağına düşür. O biri qapıdan iki kəndli girir, Əzimə təsadüf edir.

Kəndli. Burada qazut harada yazırlar?

Ə z im. Nə qəzet?

Kəndli. Bizim kənddə yerimiz var. Bax, belənçik. Meşənin... söz gəlişi, sağ böyründən... Məsələn, bu yerdir... bu da... bir nəfər Hacı Xudabaxış vardır, özü də keçmişdə kəndxuda olubdur...

Ə z im. Bilirsiniz, siz Şuralar Azərbaycanına gediniz.

Kəndli. Hara gedək? Biz qazut yazdırmaq istəyirik.

Əzim. Yaxşı da, o biri otağa gediniz də. Gəliniz buraya...

Kəndli. Allah atana rəhmət eləsin.

Əsəd və Cəfər vuruşaraq girirlər.

Əsəd. Mən orasını yaxşı bilirəm ki, Bethoven heç dibindən kompozitor deyil.

Cəfər. Mən də orasını yaxşı bilirəm ki, sən özün heç dibindən yoxsan.

Əsəd. Tarsız olmaz!

Cəfər. Olar!

Əsəd. Deyirəm sənə olmaz!

Cəfər. Deyirəm sənə olar!

Məmmədəli. Adə, nə vurhavurdur genə? (İçəri girir.) Deyir bəs Qlier kontrabasda çargah oxuyur, hə? Niyə, yaman olmaz!

A k if (qaçaraq). Xəbəriniz yoxdur ki, bir arvadın əri gedib bir də arvad alıbdır...

Yazı (başını qapıdan çıxarır). Tahirov, telefon!

Cəfər (oxuyur). Bir də bəlaya salma məni, çox bəlaliyəm!

Məmmədəli. Konsert başlandı ha? Bu, Qlier çargahıdır oxuyursan ha? Necə deyir onu?

M ir heydər. Cəfər, telefona! (İçəri girərək) Telefona!

Ak i f. Məmmədəli, arvad telefona çağırır.

M ir heydər. Əsəd, telefona!

Cəfər (qayıdaraq). Bir də bəlayə salma məni, çox bəlaliyəm. Çoxdandır aşiqəm sənə, amma həyaliyəm.

Ya z ı. Cəfər telefona!

Ca vadlı. Görəsən bu gün sətir hesablarımızı verəcəklər?

Ə z im. Köpək oğludur yalan deyən, heç spişka almağa pulum yoxdur.

Məmmədəli. Düzəldərik sizin üçün.

Birnəfərşəkili. Əbdülrəhim Ağakişiyev gəlitdi?

Ca vadlı. Əbdülrəhim yoxdur. Məzuniyyətə gedibdir.

Şəkili. Ha bi belə də iş olumu? Üç aydı borcludu. Ha bu gün, ha sabah. Mənə deyitdi bu gün idarəyə gəlim. Özü qoyutdu geditdi.

Ca vadlı. Ağakişiyev üç gündür yola düşüb getmişdir.

Məmmədəli. Hə, Qlier necə oldu? Cəfər necə oldu?

Cəfər (bayırdan gələrək). Mən sənə deyirəm Hüseynağanın səsi yaxşıdır.

Əsəd. Mən də sənə deyirəm Bülbülün səsi yaxşıdır.

Cəfər. Bülbül heç dibindən oxuya bilmir, özü də heç dibindən artist deyil.

Əsəd. Mən də sənə deyirəm Hüseynağa heç dibindən oxuya bilmir, özü də artist deyildir.

Məmmədəli. Genə boğuşma başlandı ha!..

Xəlil. Yox. Şübhəsiz, mən bu gün bir münəqqid kimi, bu iki nəfərə baxdıqda hər ikisində müəyyən yaxşı cəhətlər və müəyyən nöqsanlar olduğunu görürəm.

Əsəd. Mən sizə deyirəm Hüseynağa artistlikdə də, səsdə də Bülbüldən yaxşıdır.

Cəfər. Mən də sizə deyirəm. Bülbül oynamaqda da, səsdə də Hüseynağadan yaxşıdır.

Əsəd. Hüseynağa yaxşıdır!

Cəfər. Bülbül yaxşıdır!

Məmmədəli. Adə, bir dayanın görək kim kimi deyir yaxşıdır.

Ca vadlı. Adə, ay evinizi Allah yıxsın, artistləri dəyişik salmışsınız hey...

Şərifov. Ha... yoldaş... Cavadlı, məqalə, şübhəsiz, bitdi.

Ca vadlı. Haradan. Heç başlamamışıq ki...

Şərifov. Ha... yoldaş Cavadlı, şübhəsiz saat on ikidir. Material gec qalacaq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri