Anamın duası
Anam dua etdi:Allahım məniÖldürsən nə qışda,Nə yayda öldür.Havası mülayim bir ayda öldür.Anamın səsini Allah eşitdiOnun bu duası dərgaha yetdi.Çəmən çiçəkləri, ağ yasəmənlərBəzədi qəbrini onun o günlər.
Ölsəm, anam kimi məni də, Allah!Sən nə qışda öldür, nə yayda öldür.Göyü yaz günəşli bir ayda öldür!Məni son mənzilə aparanlarıNə isti təntitsin, nə şaxta, nə qar.Ey pərvərdigar!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-anamin-duasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir