Sallana-sallana üstümə vardı,Sataşdı gözümə xalı gürcünün.Apardı halımı, çəkdi huşumu,Sataşdı gözümə xalı gürcünün.

Örtüb al yanağa qırmızı lala,Boy sünbülə bənzər, qaməti dala1.Bu biçarə aşiq qurbanız ola,Üzükdən keçərdi beli gürcünün.

Qurbani der sizə: Ay gürcü qızlar,Yerdəki çiçəklər, göydə ulduzlar!Yaralıyam, yaram hey yanar, sızlar,Var olsun dünyada eli gürcünün!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar