Ta ki, taği-zərnigarın çərx viran eyləmiş
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ta ki, taği-zərnigarın çərx viran eyləmiş,Xişti-zərrinin səba fərşi-gülüstan eyləmiş.
Katibi-təqdir xətti-səbzə təhrir etməyəLövhi-gülzari xəzan bərgi zərəfşan eyləmiş.
Qət’ edib fəsli-xəzan abi-rəvan şirazəsin,Nüsxeyi-gülzarın övraqın pərişan eyləmiş.
Dövr cövrün gör ki, nüzhətgahi-əhli-zövq ikən,Cuybari-gülşəni zənciri-zindan eyləmiş.
Eyləmiş tədbiri-təşvişi-xəzan taracınınLalə, rəngin rəxtini dağ içrə pünhan elyəmiş.
Ruzigarın tirə, bəxtin qarə, nitqin lal edib,Matəmi-gül bülbüli zağ ilə yeksan eyləmiş.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, dəhr halın şaxi-güldən qıl qiyasKim, verib əvvəl təcəmmül, sonra üryan eyləmiş.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-ta-ki-tagi-zernigarin-cerx-viran-eylemis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey könül, cam götür kim, ola qəmxar sənə
Hüsn bağı gül camalından alıbdır ziyvəriFəth olunmuş kirpiyin tiğilə eşqin kişvəri.
Rəhi-eşqə düşəli yarım olubdur tovfiqYoxdur tovfiqdən özgə mənə bu yolda rəfiq.
Tərk etdi yar, etdi məni biqərar eşqŞamü səhər olubdur işim ahü zari-eşq.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Uçub gedək, bu yuvadaKimlər məskən salır – salsın.
DüşmüşəmEy gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,
GözəlArif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.
Səndə, ey Qafqaz, ey gözəl gülzarƏlibəy Hüseynzadə hazrathrinin Qafqasiyada mühacirəti münasibatilə təhəssürat*Səndə, ey Qafqaz, ey gözəl gülzar,