Üzünü güzgüyə qeybətdə oxşadan qafil
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Üzünü güzgüyə qeybətdə oxşadan qafil,Toxunsa üz-üzə olmazmı ara yerdə xəcil.
Buraq niqab ki, bilsin kəmali-sün’i görüb,Firiştə xilqəti-Adəmdə şübhəsin batil.
Hədisi-vəhyvəşin zaye’ etmə əğyarə,Rəvamıdır, edəsən qədrin ayətin nazil.
Hərimi-kuyini göstər nümunə, eylə səvabKim, ola cənnət içün xəlq taətə mail.
Səni qoyub, bütə eylər ibadətin kafir,Əzabi-duzəxə ol vəchdən olur qabil.
Həkimə nəfyi-qiyamət xətasını bildir,Qiyam göstər ona, e’tiqadın et zail.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qərəz Füzuliyə ancaq əlində ölməkdir,Vəli məhaldır ol həm, sən olıcaq qatil.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-uzunu-guzguye-qeybetde-oxsadan-qafil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rəhm et, ey şəh, məni-dərviş çəkən ahlərəKi, gəda ahı əsər eylər olur şahlərə.
Riştədir cismim ki, dövri-çərx vermiş tab onaRiştədir cismim ki, dövri-çərx vermiş tab ona,Mərdümi-çeşmim düzər hərdəm düri-sirab ona.
Saqiyə, mey sun ki, dami-qəmdürür huşyarlıqSaqiya, mey sun ki, dami-qəmdürür huşyarlıq,Məstlikdir kim, qılır qəm əhlinə qəmxarlıq.
Saqiya, cam tut ol aşiqə kim, qayğuludurSaqiya, cam tut ol aşiqə kim, qayğuludur,Qayğu çəkmək nə üçün, cam ilə aləm doludur.