Saqiyə, mey sun ki, dami-qəmdürür huşyarlıq
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Saqiya, mey sun ki, dami-qəmdürür huşyarlıq,
Məstlikdir kim, qılır qəm əhlinə qəmxarlıq.
Var fikrin, yox qəmin çəkmək nədir, bir cam ilə
Bixəbər qıl kim, mənə bir ola yoxluq, varlıq.
Can mətainin, bəhasidir nə kim, dövran verir,
Türfə bu kim, sanıram şəfqətdir ol qəddarlıq.
Məndən axir çün qılır bizarlıq əsbabi-dəhr,
Dəhr əsbabından ol yey kim, qılam bizarlıq.
Təneyi-əğyar çəkməkdir işim bir yar üçün
Kim, olub əğyarə yar, eylər mənə əğyarlıq.
Çəkmə zəhmət, çək əlin tədbiri-dərdimdən, təbib
Kim, deyil sən bildiyin, mən çəkdiyim bimarlıq.
Ey Füzuli, eylərəm qəti-təəllüq yardən,
Bu təriq içrə mənə tövfiq edərsə yarlıq.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-saqiya-mey-sun-ki-dami-qemdurur-husyarliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəhri-eşqə düşdün, ey dil, zövqi-dünyani unut!Baliğ oldun, gəl rəhimdən içdiyin qani unut!
Tilismi-gənc üçün bin ismi-ə’zəm yad tutdun, tut!Tilismi-gənc üçün bin ismi-ə’zəm yad tutdun, tut!Tilsimi sındırıb, gənci töküb, ismi unutdun, tut!
Xətti-rüxsarın edər lütfdə reyhan ilə bəhsXətti-rüxsarın edər lütfdə reyhan ilə bəhs,Hüsni-surətdə cəmalın güli-xəndan ilə bəhs.
Cəhan içrə hər fitnə kim, olsa hadisCəhan içrə hər fitnə kim, olsa hadis,Ona sərvi-qəddindir, əlbəttə, bais.
Başqa şairlərin şeirləri · Mey və meyxana
Mərd igidlər nə nişanda bəllidi,Arifsənsə, gərək doğru sayasan.
Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məniGətirdi nəşeyi-mey, saqiya, nə şurə məni,Ki, şövqi-arizi-canan çəkib hüzurə məni.
RübailərEy badi-səba, güzar qıl Təbrizə,Aləmdə qalıb ümidimiz bir sizə,
Şuri-eşqin eyləyib bəs ki, məni divanəŞuri-eşqin eyləyib bəs ki, məni divanə,Şohreyi-şəhr olubam aləm-əra əfsanə.