Riştədir cismim ki, dövri-çərx vermiş tab ona
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Riştədir cismim ki, dövri-çərx vermiş tab ona,
Mərdümi-çeşmim düzər hərdəm düri-sirab ona.
Sayeyi-zülfün şəbistanındadır şəmi-rüxün,
Necə yetsin qədr ilə xurşidi-aləmtab ona?
Dürd dərdidir səfabəxşi-hərifi-bəzmi-eşq,
Saqiya, çox etmə təklifi-şəraba-nab ona.
Qaməti-xəm birlə bir əhli-kəramətdir qaşın,
Daş olur, əlbəttə, gər baş əyməsə mehrab ona.
Çeşmini əhli-nəzər qəsdinə təyin eyləyən
Nazü qəmzəndən mühəyya eyləmiş əsbab ona.
Tərləmiş rüxsar ilə xublar açarlar könlümü,
Gör nə gülşəndir ki, atəşdən verərlər ab ona.
Silki-əhli-halə çəkmiş zahidi əşki-riya
Mis kimi kim, sim qədrin bildirər simab ona.
Ey Füzuli, qalmamış qövğayi-Məcnundan əsər,
Qaliba, əfsaneyi-eşqin gətirmiş xab ona.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-ristedir-cismim-ki-dovri-cerx-vermis-tab-ona
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səhər olsun, məni xəncərlə qurban etsin ol qatil.
Gülüm, yolunda qəmi bihesabdır könlünİşi müsibət ilə iztirabdır könlün.
Məgər ki, quş dilin anlar qızıl gülKi, dinlər ahü zar etdikcə bülbül.
Tökülüb zülfi-pərişan üzünə halə misalArizin bədrə dönüb, var iki yanında hilal.
Başqa şairlərin şeirləri · Eşq
Bağça barın arzular,Aşiq yarın arzular,
Kölgələnən qızıl dağlarKölgələnən qızıl dağlar görünür,Yaşıl ipək pərdələrin ardından.
Məhərrəmdə atanın oğluna vəsiyyətiZəncirini hazırla, oğul, durma, dayanma,Yar başını, vur sinənə, insanlığı qanma.
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**