تا خط سبز تو پیدا شده بر عارض آلعارضت ماه تمامیست میان دو هلال

Tökülüb zülfi-pərişan üzünə halə misal,Arizin bədrə dönüb, var iki yanında hilal.

بس که دارد مه من شدت الفت برقیببی رقیبش نتوانم که در آرم بخیال

O qədər ülfəti biganəyə artıqdır onun,Görə bilməm onu biganəsiz, etsəm də xəyal.

به چه تعبیر تمنای وصال تو کنممن که آن زهره ندارم که برم نام وصال

Vəslini mən nə ümid ilə təmənna eləyim,Nə cəsarətlə mən ondan diləyim bəzmi-vüsal.

روی بنما که فدای تو شوم ره چه شودمن کنم کسب کمال و تو کنی عرض جمال

Göstər ol gül üzünü, canımı qurban eləyim,Hüsnünün şöhrəti artsın, mən edim kəsbi-kəmal.

حال من از تو خراب و تو ز من مستغنیچو بپوشم ز تو پیداست چه خواهد شد حال

Etina eyləməsən hali-pərişanımıza,Səndən, əlbəttə, deyil gizli bu keyfiyyəti-hal.

چون رخت گرمی خورشید نمی سوزد دلنیست دلسوز عذاری که ندارد خط و خال

Qəlbi yandırmaz üzün tək günəşin istiliyi,Çünki yox onda sənin tək, gözəlim, xətt ilə xal.

Məqtə — şairin təxəllüsü olan son beyt. طلب وصل خود ای مه ز فضولی مطلبکه ز دانا طلب وصل محالست محال

Məqtə — şairin təxəllüsü olan son beyt. Dövləti vəslini axtarma Füzuli kimi gəl,Çünki alimdə əməl tapmaq olur əmri-məhal.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran