ناوکت پیراهنی پوشاند از خون بر تنمچاکها انداخت آب دیده در پیراهنم

Kirpiyindən qanlı bir köynək geyinmişdir tənim,Göz yaşımla çak-çak olmuşdur ol pirahənim.

پای در کویت ز سر کردم که تا ناید دگردر زمین بوسی گریبان را حسد بر دامنم

Kuyinə başla qədəm qoydum ki, torpaq öpmədəQoy giribanım şərəf tapsın, nəinki damənim.

گر به تیغ رشک ریزم خون خود نبود عجبهر که او را دوست می دارد من او را دشمنم

Qibtədən öz qanımı töksəm, təəccüb eyləmə,Çün sevənlər ol gülü əvvəldən olmuş düşmənim.

کاش سازد پاره دست غم گریبان مراچند باشد زیر این طوق تعلق دامنم

İstərəm qəmlə giribanım olaydı çak-çakKim, təəllüq riştəsindən qurtaraydı gərdənim.

بس که در گرداب اشکم غرقه روز بی کسیکس نمی گردد بجز خاشاک و خس پیرامنم

Göz yaşım girdaba qərq eylər məni hicran günü,Olmayır dövrəmdə çör-çöpdən səva bir kəs mənim.

آنکه بر دیوانها رحمی نمی آید توییوانکه جز دیوانگی کاری نمی داند منم

Sənsən ol kəs, etməsən divanələr halına rəhm,Mən haman divanəyəm kim, çöllər olmuş məskənim.

Məqtə — şairin təxəllüsü olan son beyt. روزگاری شد نمی بینم فضولی روی دوستتیره شد در انتظار وصل چشم روشنم

Məqtə — şairin təxəllüsü olan son beyt. Keçdi çox illər, Füzuli, görmədim öz yarımı,İntizarında işıqdan düşdü çeşmi-rövşənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran