Qəriblik
Mus: Oqtay Kazıminindir
Mən könüllü bu yerlərə yol aldım,Haray saldı ürəyimdə qəriblik.Güldürdülər, üzdən azca qımışdım,Hər arzumda, diləyimdə-qəriblik.
Bir gözəl qız bizə yemək gətirdi,Xörəyində, çörəyində-qəriblik.Qoca qadın dedi, oğul darıxma,Mənə oğul deməyində-qəriblik.
Uşaq gördüm Müşfiqimə oxşadı,Fəqət, baxıb gülməyində-qəriblik…Demə adi bir daş belə vətənmiş,Bu yerin daş-kəsəyində-qəriblik…Qəribliyin yuxusunda vətən var,Yoxsa qalan hər şeyində-qəriblik…
1967.
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-qeriblik
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yer üzündə od qalayanDavaların çoxdur sayı,
Mərdlik getdi, şərəf getdi, dönməz geriQuru, yavan çörəklə dəDolanaram,
Rədd edirəm mən bu cürə azadlığı…Azadlıqdan dən vururlar neçə ildir,Aldadırıq özümüzü, özgələri…
Dəyərsiz təkcə insandır indiQiymət görəndə başım hərlənir,Qəribə vaxtdır, zamandır indi…
Başqa şairlərin şeirləri · Hicran
Yenə yetişdi əlim vəsli-yarə, eşq olsunKi, həsrət olmadım ol gülüzarə, eşq osun!
Tarı bilsin, hicr bizar eyləyib candan məniTarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.
Dərdin öldürdü məni, ey növcəvanım, gələ görDərdin öldürdü məni, ey novcəvanım, gələ gör,Həsrətindən oda yandı din, imanım, gələ gör,
Bir yaraEşq odunnan ataş alıb yanırım,Arzuhalım yetirsəniz bir yara.