Dərdin öldürdü məni, ey novcəvanım, gələ gör,Həsrətindən oda yandı din, imanım, gələ gör,Yoluna baxa-baxa üzüldü canım, gələ gör,Ey gülüm, ey nərgisim, sərvi-rəvanım, gələ gör,Ey dodağı şəkkərim, şirin dəhanım, gələ gör!

Səndən ayrı kəsilib səbrü qərarım gecələr,Yuxu gəlməz gözümə, artır azarım gecələr,Asimanə dayanır naləvü zarım gecələr,Sübhəcən qan ağlaram, ey gülüzarım, gecələr,Dərdin öldürdü məni, ey novcəvanım, gələ gör!

Müştaqam qamətinə, gərdəninə, qollarına,Qaşına, qabağına, ağ üzünə, xallarına,Zülfünə, buxağına, yanağına, əllərinə,Ey gözəllər sərvəri, qurban olum yollarına,Həsrətinlə oda yandı din-imanım, gələ gör!

Mən səni görməkdən ötrü bari bir gəz, ey sənəm,Canımın hövlündən, aya, neyləyim heç bilmənəm,Dərdim artıb az qalıbdır ki, o Isayə dönəm,İstərəm gündə kəlisa qapısında əylənəm,Ey gülüm, ey nərgisim, sərvi-rəvanım, gələ gör!

Könlümü tutmuş sərasər dərdü möhnətlər mənim,Hər işim Məcnun kimi olmuş hekayətlər mənim,Ara yerdə başıma qopmuş qiyamətlər mənim,Könlümün gülzarına dəymiş çox afətlər mənim,Yoluna baxa-baxa üzüldü canım, gələ gör!

Vaqifə hicrin sənin çox zülmü bidad eylədi,Olmadı dərmanı bunca dadü fəryad eylədi,Bu qəziyə cümleyi-düşmənləri şad eylədi,Aqibət eşqin məni, ey şux, Fərhad eylədi,Ey dodağı şəkkərim, şirin dəhanım, gələ gör!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran