Sayasan
Mərd igidlər nə nişanda bəllidi,Arifsənsə, gərək doğru sayasan.Səxavətdə, şücaətdə ad ala,Mən söyləyim, sən astaca say asan.
Halalsansa, vermə ömrün nə bada,Nə şərab çək, al əlinə nə badə,Pis adama yön çevirmə nəbadə,Binamusu, nanəcibi sayasan.
Bayraməli, əzbər eylə, oxu nan,Qəm ləşkəri dəldi bağrım oxunan.Ey taleyi ilahidən oxunan,Gedərgisən, günlərini sayasan.
Kitabxana.az · https://kitabxana.az/works/xeste-bayrameli-sayasan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Mey və meyxana
Ay mədəd
Saqi, bir badə ver, keçdi –Bahar, ay mədəd, ay mədəd!
Həyatda ümidÜmid əgər bu qaranlıq cahanda olmazsa,Kim axtarardı həyatın şəfəqli çeşməsini?
Bəni hər dəmdə nedim öldürür eşqBəni hər dəmdə nedim öldürür eşq,Qara yerə dirilmə girdürür eşq.
QızlarEşqiniz olmasın çürük sap kimi,Əllərdə gəzməyin bir kitab kimi.