Ağlayıb
Bir cavan ölübdü qürbət diyarda,Vətənin torpağı, daşı ağlayıb.Bir bağ saralıbdı bahar çağında,Aqil nalə çəkib, naşı ağlayıb.
Nə ucuzmuş bu dünyanın vəfası,Bir ömrün yoxluğu, bir elin yası.Dumandan geyinib matəm libası,Qocaman dağların başı ağlayıb.
Atalıq niyyəti yetməmiş sona,Üç körpə taleyi yaxılıb şama.Kişnəyib buludlar, tutulub səma,Tökülüb gözünün yaşı, ağlayıb.
Bayraməli, sən də “igidəm”, – deyə,Çox da bel bağlama namərd fələyə,“Mənəm” – deyənləri salıb lərzəyə,Çoxlarının qələm qaşı ağlayıb.
Kitabxana.az · https://kitabxana.az/works/xeste-bayrameli-aglayib
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
Gül üzə-üzəYarım, çıx görüşə seyr edək bağı,Gəzək çəmən boyu gül üzə-üzə.
Ey qoyan könlümə qan, oldumu hüsnün faniEy qoyan könlümə qan, oldumu hüsnün fani,Tapdımı xarü xəsi-xüşk o tər bostani?
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydıNə mən olaydım, ilahi, nə də bu aləm olaydı!Nə də bu aləm əra dil muqəyyədi-qəm olaydı!