Şəmi-ruyin afitabi-aləmaradır sənin
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Şəm’i-ruyin afitabi-aləmaradır sənin,Nuri-həq xurşidi-rüxsarında peydadır sənin.
Sənsən ol cövhər ki, dürci-mümkinat içrə bu gün,Mümkün olan eybdən zatın mübərradır sənin.
Can verir lə’lin təmənnasında min abi-həyat,Feyzinə ləbtəşnə yüz Xizrü Məsihadır sənin.
Sərvü gül nəzzarəsin neylər sənə heyran olanKim, qədin sərvü rüxün gülbərgi-rə’nadır sənin.
Razi-eşqin xəlqdən qılmaq nihan mümkün degil,Aşiqin ol vəchdən aləmdə rüsvadır sənin.
Qıldı şövqün əşk qəvvası gözüm mərdümlərin,Ey düri-tər, mənzilin guya bir dəryadır sənin.
Məqtə — şairin təxəllüsü olan son beyt. Cümlə afaq əhldən çəkmiş təəllüq damənin,Ta Füzuli xəstəyə vəslin təmənnadır sənin.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-semi-ruyin-afitabi-alemaradir-senin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Mən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
MəndədiƏylən, oğlum, xəbər verim pərli pəkan məndədi,Yüz açar olsa açılmaz, bağlı dükan məndədi,
Qitə: Şahidi-xərgəhnişinشاهد خرگهنشین زلف ز رخ کرد بازنور حقیقت پدید از ظلمات مجاز