Mən əzəldən nuri-paki Mustafanı sevmişəm,Şahı mərdan şiri yəzdan Mürtəzani sevmişəm.

Yox mənim canımda qorxu atəşi niranidən,Şahi Həsən həm Hüseyni Kərbəlanı sevmişəm.

Rəhnümadır cümleyi möminlərə Zeynül İbad,Baqiri, Cəfəri, Musani, Rizani sevmişəm.

Məqtə — şairin təxəllüsü olan son beyt. Həm Təqidir, həm Nəqidir, həm imami Əsgəri,Ey Füzuli sidq ilə Sahibi-Zamanı sevmişəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mərsiyə