Bu, səadətli bəy həzrətlərinin mədhidir
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
Ey xameyi-sərkəşi-səbükxiz,Vəqt oldu ki, olasan gühərriz!
Mon acizəmü bıı əmr müşkil,İmdad dəmidir, olma qafil!
Asari-mürüvvət eyiə izhar,Bir təprən, əgər mürüwətİn var!
Sən qıl hünori, mon alayım ad,Sən çək ələmi, mən olayım şad.
Çün nəxli-hədiqeyi-hünərsən,Miftahi-xəzaneyi-gühərsən,
Cəhd eylə çıxar cəvahiri-pak,Fikr etmə ki, yoxdur əhli-idrak!
Demə ki, bolub kəsad bazar,Bulmaz bu mətaimiz xiridar.
Yetməzmi sənə əmiri-kamil,Sərdari-zəmanə, Veysi-adil?
Ol bəhri-ətavü kani-əltafKim, şə'niııo gəldi ədlii insaf.
Sərdari-müəzzəmü mükərrəm,Cananeyi-mülkü cani-aləm.
Zatında ormn həmişə mövcudElmü ədəbü şücaətü cud.
Ədlindən əgər təraneyi-çəngFaş eyləyə bəzmdə bir ahəng,
Yel şəm'ə dəxi təərrüz etməz,Pərvanəyə şəm' zülmü yetməz.
Hüsni-ədəb ilə eylə mö'tad,Yanında nə vəqt qılsalar yad,
Ol sözü deməz ki, ola təkrar,Ta yetməyə sayəsmdə azar.
Üslubi-şücaət üzrə mahir,Xurşidsifət cahanda zahir.
Həm xas onu söyləməkdə, həm am,Həm Rum dolu adı ilə, həm Şam.
Gər cudinə kimsə olsa talib,Mümkün ola lütfi qəhrə qalib.
Yə'ni mənə öyrədib səxavət,Bir hacəti istəmək nə hacət?
Olmuş ona xaneyi-əmarətBu dörd bina ilə imarət.
Ey dustnəvazü düşmənəndaz,Şahinrəvişü büləndpərvaz!
Düzdüm sənə türfə aşiyanə,Yə'ni abedi nişatxanə.
Mə'mur edibən binayi-ali,Cənnət sifəti, İrəm misali.
Ta ruzi-əbəd bunu məqam et,Bidəğdəğə işrəti-müdam et!
Billah ki, degil yaman əsər bu,Gər adisə müddəa yetər bu.
Mən kim, sənə olmuşam sənaxanSultan Veysə necə ki, Səlman.
Budur qərəzim ki, cavidaniAdın tuta ərseyi-cahani.
Ta baqi ola bu səbz gülşən,Həm mən olum əhli-zikr, həm sən.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-leyli-ve-mecnun-14
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Eşqdən canımda bir pünhan mərəz var, ey həkim!Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!
Dust bipərvə, fələk birəhm, dövran bisükunDust bipərva, fələk birəhm, dövran bisükun,Dərd çox, həmdərd yox, düşmən qəvi, tale' zəbun.
Aşiq oldum yenə bir tazə güli-rənayəAşiq oldum yenə bir tazə güli-rənayəKi, salır al ilə hər dəm məni yüz qovğayə.
Məni candan usandırdıMəni candan usandırdı, cəfadən yar usanmazmı?Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Başqa şairlərin şeirləri
Dünən şıdırğı yağış yağırdı,nənəm demiş:
Xəbər verSəndən xəbər alım, Aşıq Ələsgər,Doqquz nədi, sənətindən xəbər ver?!
Gəraylı: Ağalar, biwəfa yardanAğalar, biwəfa yardanMən dönərəm, könül dönməz
Oldu: Məh yüzünə salmış bu mələkmənzərMəh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,