Saqi, tut əlim ki, xəstəhaləm!Qəm rəhgüzərində payimaləm.

Sənsən məni-mübtəlaya qəmxar,Səndən özgə dəxi kimim var?

Müşkül işə düşmüşəm, mədəd qıl,Mey hirzi ilə bəlamı rəd qıl!

Həll eyləyə gör bu müşkülatı,Kəm etmə qulundan iltifatı!

Bir gün ki, meyi-Süheyltə'sirVermişdi mizaci-pakə təğyir,

Həmrəngi-bəhar olub xəzanım,Dönmüşdü əqiqə zə'fəranım.

Cəm idi yanımda ittifaqi:Sazü məzəvü şərabü saqi.

Peyvəstə ləbaləbü peyapey,Nuş eylər idim qədəh-qədəh mey.

Zövq üzrə mey artınrdı zövqüm,Şövq üzrə ziyad olurdu şövqüm.

Ol bəzm idi afiyət bəharı,Mən bülbüli-zarü biqəran.

Bir həddə irişdi nəş'eyi-camKim, qalmadı əhli-bəzmə aram.

Əsrari-dil oldu aşikara,Məsdud oluban dəmi-müdara.

Olmuşdu rəfiqü həmzəbanım,Ayineyi-tutiyi-rəvanım

Bir neçə zərifi-xütteyi-Rum,Rumi ki, dedin, qəziyyə mə'lum.

Yə'ni ki, qamu həqaiq əhli,Hər məs'ələdə həqaiq əhli,

Həm elm fənində nüktədanlar,Həm söz rəvişində dürfəşanlar.

Kim eylər idi həqaiqi-raz,Şeyxidənü Əhmədidən ağaz.

Kim söylər idi ögüb kelami,Övsafı-Cəliliyü Nizami.

Bilmişlər idi ki, hüsni-göftarQədrim qədərincə məndə həm var.

Çün var idi məstlikdə lafım,Ta anlana sidqimü xilafıra,

Mən xəstəyi etdilər nişanəBir rəng ilə tiri-imtəhanə.

"Lütf eyle! - dedilər, - ey süxənsənc!Faş eylə cəhanə bir nihan gənc!

Leyli-Məcnun əcəmdə çoxdur,Ətrakdə ol fəsanə yoxdur.

Təqrirə gətir bu dastanı,Qıl tazə bu əski bustam".

Bİldim, bu qəziyyə imtəhandır,Zira ki, bu bir bəlayi-candır.

Sevdası dirazü bəhri kutah,Məzmunu fəğanü naləvü ah.

Bir bəzmi-müsibəti-bəladırKim, əvvəli qəm, sonu fənadır.

Nə badəsinə nişatdən rəng,Nə nəğməsinə fərəhdən ahəng.

İdrakı verər xəyalə azar,Əfkan edər məlalı əfgar,

Olsaydı təvəccöhü münasib,Tövcihinə çox olurdu rağib.

Olsaydı təsərrüfündə rahət,Çox kamil ona qılırdı rəğbət.

Billah ki, nə xoş demiş Nizami,Bu babdə xətm edib kəlami:

"Əsbabi-soxən nişatü nazəst,Zin hər do soxən bəhanəsazəst.

Meydani-soxən fərax bayəd,Ta təb' səvareyi nomayəd.

Dər gərmiyi-rigü səxtiyi-kuhTa çənd soxən rəvəd beənbuh?"

Bir iş ki, qılır şikayət ustad,Şagirdə olur rücui bidad.

Gərçi bilirəm, bu bir sitəmdir,Təklifi bunun qəm üzrə qəmdir.

Əmma necə etmək olur ikrah?Bir vaqeədir ki, düşdü nagah.

Yeydir yenə üzrdən şüruim,Bu işdə təvəkkülə rücuim.

Ey təb'i-lətifü əqli-vala!İdraki-büləndü nitqi-guya!

Düşdü səfərim diyari-dərdə,Kimdir mənə yar bu səfərdə?

Hər kimdə ki, vardir istitaət,Dərdü qəmü möhnətü qənaət,

Oldur bu müsafirətdə yanın,Zövq əhlinə yoxdur e'tibarım.

Mərkəb gərək olsa əzmi-rahə,Bəsdir bizə xaməvü siyahə.

Vər tuşeyi-rah olursa mətlub,Məzmuni-xoşü ibarəti-xub,

Əzm eyləyəlim, təəllül etmən!Mənzil kəsəlim, təğafül etmən!

Ey bəxt, vəfasız olma sən həm!Həmrahlıq et bizimlə bir dəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri