ما نظر جز بر تبان سیمبر کم کردهایم
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
ما نظر جز بر تبان سیمبر کم کردهایموز بتان سیمبر قطع نظر کم کردهایم
زاهدا از ما مجو بسیار آیین صلاحعشق بازانیم ما کار دگر کم کردهایم
کرده ایم اندیشه بسیار در هر کار لیکفکری از سودای خوبان خوبتر کم کردهایم
از بلای عشق در راه وفای گلرخانگرچه بیش از پیش هم باشد حذر کم کردهایم
سیم اشک و روی چون زر بر رهت افکندهایمما فقیرانیم جمع سیم و زر کم کردهایم
نیست ملک سلطنت را اعتباری پیش ماشاهبازانیم صید مختصر کم کردهایم
Məqtə — şairin təxəllüsü olan son beyt. شد فضولی شهره عالم حدیث عشق ماگرچه زین راز نهان کس را خبر کم کردهایم
Biz, gözəldən başqa, dünyaya nəzər az etmişik,Nazəninlərdən dəxi sərfi-nəzər az etmişik.
Zahida, bizdən soruşma çox da ayini-namaz,Aşiqik biz, eşqdən başqa hünər az etmişik.
Hər əməl haqqında biz çoxlu düşündük, mütləqa,Bir əməl ki, eşqdən üstün gələr, az etmişik.
Şux gözəllərdən vəfa umduq, bəlayi-eşqdənDərdimiz artmış da olsa, biz həzər az etmişik.
Biz gümüş tək göz yaşı, zər tək üzü etdik nisar,Çün fəqirik, fikri-cəmi-simü zər az etmişik.
Məqtə — şairin təxəllüsü olan son beyt. Səltənət mülkünə bizdə zərrəcə yox etibar,Şahbazıq biz, şikari-müxtəsər az etmişik.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-285
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı.Sayə tək bir yerdə durmağa qərarım qalmadı.
Görməsəm hər söz açanda ol güli rəna üzünGörməsəm hər göz açanda ol güli-rəna üzün,Göz yumunca əşki-gülgunim tutar dünya üzün.
Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanınGörüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın.Qaçıb bir dağə çıxdı Kuhkən, qurtarmağa canın.
Ləbin əksi gözüm yaşini mey tək laləgun etdiLəbin əksi gözüm yaşini mey tək laləgun etdi,Zənəxdanın muradım dəstgahın sərnigun etdi.
Başqa şairlərin şeirləri · Eşq
Eylər mənə xəndə yar giryan görgəc,Mən şad oluram ol gülü xəndan görgəc,
BayatılarDüz dağlar, əyri dağlar,Düzəlməz əyri dağlar,
Könül dünyamKönül bir dünyadır — yazı, payızı,Könlümdə fəsillər nəğmələnərlər.
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,